Bu məqaləni vikiləşdirmək lazımdır. |
Münəvvər Cavad qızı Qasımova (1924–1990) – Tibb elmləri doktoru
Münəvvər Qasımova | |
---|---|
Münəvvər Cavad qızı Qasımova | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan SSR |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
1946-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, həmin ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda öz əmək fəaliyyətini başlamışdır. 1957-ci ildə Azərbaycan ET Oftalmologiya İnstitutunun qlaukoma şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Zəngin, hərtərəfli təhsil almış mütəxəssis, gözəl cərrah və təşkilatçı, t.e.d. M. C. Qasımova qlaukomaya, korluğa və görmə üzrə əlilliyə gətirib çıxaran ağır bir xəstəlik kimi baxmağa çağırırdı.
M. C. Qasımovanın toksiki qlaukomanın öyrənilməsində xüsusi rolu olmuşdur. Öz doktorlıq dissertasiyasında klinik eksperimentlər və histokimyəvi tədqiqatlar əsasında o, bəzi kimyəvi maddələrin oftalmotonusun səviyyəsinə təsirini isbat etmişdir. M. C. Qasımova respublikada qlaukomanın epidemiologiyası, patogenezi, diaqnostika və müalicəsi problemləri ilə məşğul olmuş, bir sıra ixtisaslı qlaukomatoloq kadrları hazırlamışdır. M. C. Qasımova 160-dan artıq elmi əsərin müəllifidir.
M. C. Qasımova elmi tədqiqatların və onların praktikada reallaşdırılmasının yüksək səviyyəsini təmin edən qlaukoma üzrə elmi və praktiki məktəb yaratmışdır.