Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Müqəddəs Triniti Kilsəsi — Antarktikada Rusiyanın Bellinshauzen stansiyasının yaxınlığında yerləşən kiçik ortodoks kilsəsidir. Bu bütün şərqi ortodoks kilsələri arasında ən cənubda yerləşənidir.
Antarktikada kilsə, hətta monastır yaratmaq fikri 1990cı illərdə yarandı. "Antarktika üçün məbəd" adlı bir xeyriyyə təşkilatı Patriarx Alexis II tərəfindən razılıq aldı və Rusiyanın dörd bir tərəfindən ianələr qəbul etməyə başladı. Onlar Barnauldan olan P.I.Anisfirov, S.G.Rybak və A.B.Schmidt adlı arxitektorlar tərəfindən qazanılan bir yarışma başlatdılar.
Kilsə 15 metr hündürlüyündə, ənənəvi rus üslubunda tikilmiş taxta konstruksiyadır. Burada 30 şəxs eyni anda ibadət edə bilərlər.
Bu məqalə qaralama halındadır. |