Müqəddəs İsa Qəlbi Katedralı (bosn. Katedrala Srca Isusova) — Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki katolisizm katedrali. Bura Vrhbosna arxiyeparxiyasının katedralıdır və memarlıq abidəsidir. Ölkənin əsas katolik kilsəsidir, Bosniyanın yeganə kardinalı Vinko Puliçin kafedrası burada yerləşir.
Katolik kilsə | |
Müqəddəs İsa Qəlbi Katedralı | |
---|---|
Katedrala Srca Isusova | |
Yerləşməsi | |
Ölkə | |
Şəhər | Sarayevo |
Memarlıq | |
İnşa tarixi | 1884 – 1889 |
Tikdirəni | Yosip Stadler |
Memarı | Y. Vantsaş |
Üslubu | neoqotika |
Vəziyyəti | fəaliyyətdədir |
|
|
Vrhbosna arxiyeparxiyası kafedral soboru | |
Vikianbarda əlaqəli mediafayllar |
1881-ci ildə Vrhbosna yeparxiyası arxiyeparxiya statusunu aldı, eyni zamanda arxiyepiskopluq soboru statusuna uyğun yeni bir kafedralın tikilməsinə qərar verildi. Tikintinin əsas təşəbbüskarı, ilk Sarayevo arxiyepiskopu Yosip Stadler idi ki, hal-hazırda o, beatifikatsiyaya (müqəddəs adının verilmə prosesi) namizəddir. Katedral 1884—1889-cu illərdə memar Yosip Vantsaş tərəfindən neoqotika üslubunda tikilmişdir. Memarlıqda bir sıra neoroman elementləri var. Katedral, 14 sentyabr 1889-cu ildə Müqəddəs İsa Qəlbi adı naminə təqdis edilmişdir.
1932 və 1985—1989-cu illərdə kafedralda bərpa işləri aparıldı. Katedral, Sarayevo mühasirəsi zamanı bombardman nəticəsində çox sayda ziyan gördü. Müharibə bitdikdən sonra bütün zərərlər aradan qaldırıldı. 1997-ci ilin aprelində Bosniya və Herseqovinaya səfəri zamanı papa II İohann Pavel kafedralı ziyarət etdi.