Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Müqəddəs Əmanətlər və ya Əmanət-i Mübarəkə - Məhəmməd peyğəmbərə, dostlarına və bəzi peyğəmbərlərə aid olub, İslam dinində müqəddəs sayılan əşyalardır. Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri fəthindən sonra İstanbula gətirilmiş, bir hissəsi də İslam ölkələrindən yığılmışdır. Müqəddəs əmanətlər Topqapı sarayı içərisində olan Has Odanın Müqəddəs Əmanətlər Dairəsində mühafizə və nümayiş etdirilməkdədir.[1][2]