Müqəddəs Antoninin əzabları (it. Tormento di sant'Antonio) - İtaliya rəssamı Mikelancelo tərəfindən 1488-ci ildə tamamlanmış rəsm əsəri. Hazırda ABŞ-nin Texas ştatının Fort-Uort şəhərində yerləşən Kimbell İncəsənət Muzeyində sərgilənir.[2]
Müqəddəs Antoninin əzabları | ||
---|---|---|
| ||
Rəssam | Mikelancelo | |
Tarixi | 1487-1488 | |
Üslubu | dini incəsənət[d] | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 470 mm × 337 mm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Kimbell İncəsənət Muzeyi | |
Saytı | kimbellart.org/collectio… | |
İnventar nömrəsi | AP 2009.01[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə orta əsrlər əfsanəsi olan Qızıl əfsanə, müqəddəs Antoninin şeytanlar tərəfindən tələyə düşürülməsi əks olunmuşdur. Müqəddəs Antoni günah işləməmək üçün şeytanlara müqavimət göstərməkdədir. Buna görə əsər bəzən "Müqəddəs Antoninin günaha təşviqi" adlandırılır.
Rəsm əsəri ilk əvvəl Mikelancelonun xidmət etdiyi Domeniko Girlandayo manufakturasında saxlanmışdır.[3] Əsər 2008-ci ilin iyulunda satışa çıxaralaraq 2 milyon ABŞ dollarına bir ABŞ iş adamına satıldı. Sentyabr ayında rəsm əsəri Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinə gətirildi. Əsər burada yenidən rəngləndi və diqqətlə öyrənildi. Onun həqiqətən Mikelancelonun əsəri olduğu qəraralaşdırıldı. Qısa müddət sonra rəsm əsəri açıqlanmayan qiymətə (6 milyon ABŞ dolları olduğu güman olunur) Kimbell İncəsənət muzeyinə satılmışdır.