Müqəddəs Apostol İoann kilsəsi (Sankt-Peterburq)

Müqəddəs Apostol İoann kilsəsi (est. Peterburi Jaani kirik, rus. Церковь Святого Апостола Иоанна, Sankt-Peterburq, Dekabristlər küçəsi (keçmiş Ofitserskaya küçəsi), 54) yevangelik-lüteran inancına məxsus eston-alman kilsəsi. Hazırda fəaliyyət göstərən İnqriyanın yevangelik-lüteran (İYLK) kilsəsidir.

Müqəddəs Apostol İoann kilsəsi
Церковь Святого Апостола Иоанна
Xəritə
59°55′ şm. e. 30°18′ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Sankt-Peterburq
Aidiyyatı Lüteran kilsəsi
Memar Herald Bosse
Tikilmə tarixi 1859-
Üslubu Neoqotika
Rəsmi sayt janikirik.ru
İstinad nöm.7802270000
Mühafizə dərəcəsiFederal
Müqəddəs Apostol İoann kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Apostol İoann kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İcma 1731-ci ildə ilk kadet korpusunun binasında yaradılmışdır.

1834-cü ildə icma arxistraq Mixailin şərəfinə adlandırılmışdır[1] . 1841-ci ildə imperator I Nikolay kilsənin şəxsi binalardan birinə köçürülməsini və xəzinədən icmanın gələcək inkişafı üçün əlavə vəsaitin ödənməsini əmr edir[2]. Bundan sonra vahid alman və eston cəmiyyətinin bölünməsi baş vermişdir. Formal olaraq eston kilsəsi 1842-ci ilin may ayında təşkil olunmuşdur, xəzinə pullarına kilsə üzvləri görüşlər üçün bir ev kirayə götürmüşdü. Ofitserskaya küçəsində yerləşəcək 800 yerlik kilsənin təməli 24 iyun 1859-cu ildə qoyulmuş (memar Harald Andreyeviç Bosse) və artıq 27 noyabr 1860-cı ildə təqdis edilmişdir. Bina psevdoroman üslubunda inşa olunmuşdur. Kilsənin böyük çadırabənzər zəng gülləsi var idi. Kilsə tikintisi üçün büdcədən əhəmiyyətli məbləğ ayrılmışdır, qalan vəsaiti isə kilsə camaatı birlikdə toplamışdır. Onların içərisində baron Y.F. Meyendorf və leyb-həkim Şolts daha çox fəallıq göstərirdilər. Bina üçün ümumi xərclər gümüş pul ilə 65 min rubl təşkil etmişdir[3][4]. Kilsənin tərkibinə bir sıra filial ev kilsələri, o cümlədən də həbsxanaların dini şöbələri də daxil edilmişdir. Kilsənin tərkibində məktəb, hospital və yetimxana fəaliyyət göstərirdi.

1930-cu ildə kilsə bağlanılır. Sonra bina yenidən qurulmuşdur: zəng gülləsi sökülmüş, əsas fasada isə pilləkənlər əlavə edilmişdi. Həmçinin mərtəbə aralarının üstü örtülmüş, kərpiclə bəzədilən eksteryerin üzərinə isə suvaq çəkilmişdi. Binada klub fəaliyyət göstərməyə başlayır[5].

1993-cü ildə Sankt-Peterburq şəhərində eston lüteran icması yenidən təsis edilmişdir[6] . 29 may 1997-ci ildə onlara kilsə binası geri qaytarılmışdı. 25 noyabr 2000-ci ildən burada müntəzəm şəkildə eston dilində dua mərasimləri və yığıncaqları keçirilir. Yaani (və ya İoann) kilsəsi İYLK-ın tabeliyindədir[4].

2009-cu ildə kilsənin bərpasına başlanılmışdı - zəng qülləsi və fasad bərpa edilərək, binaya tarixi görünüş geri qaytarılmışdı. Restavrasiya üçün xərclər – 3,1 milyon kron (təxminən 200 min avro), Estoniya Mədəniyyət Nazirliyi tərəfindən ayrılmışdı[7].

20 fevral 2011-ci ildə bütün restavrasiya işlərinin tamamlanmasından sonra Müqəddəs İoann kilsəsinin açılışı və təqdisolunma mərasimi keçirilmişdi[8]. Mərasimdə Estoniyanın Prezidenti Toomas İlves də iştirak etmişdir[3].

Kilsədə çalışmış pastorlar

[redaktə | mənbəni redaktə et]
  1. Igor Taro. Miljonite mäng Jaani kiriku ümber. Õhtuleht, 23. august 2004.
  2. Veronika Mahtina. Eesti Jaani kirik Peterburis. Peterburi Jaani Kiriku Fond, 2009, 163 lk. ISBN Şablon:ISBN2
  3. 1 2 Peterburi Jaani kirik 1860–2010 Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine. Eesti Peakonsulaat Peterburis.
  4. 1 2 Kai Kalamees. Peterburi Jaani kirik kui rahvuslik väljakutse[ölü keçid]. Postimees, 12. aprill 2008.
  5. Kärt Anvelt . Külli Sulg: Peterburi Jaani kirik avab uksed veebruaris Arxivləşdirilib 2010-07-03 at the Wayback Machine. Postimees, 2. juuli 2010.
  6. Ruth Alaküla. Peterburis algavad Jaani kiriku taastamistööd Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine. ERR Uudised, 13. märts 2009.
  7. "На улице Декабристов реконструируют эстонскую церковь". Карповка.нет. 2008-12-30. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-05.
  8. "Глава Эстонии открыл после реставрации эстонскую церковь в Петербурге". РИА Новости. 2011-02-20. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]