Müqəddəs Lazar kilsəsi (Larnaka) — Kiprin Larnaka şəhərində yerləşən 9-cu əsrin sonlarına aid kilsədir.[3]
Müqəddəs Lazar kilsəsi | |
---|---|
34°54′42″ şm. e. 33°38′05″ ş. u. | |
Ölkə | |
Yerləşir | Larnaka[1], Larnaka rayonu[d][2] |
Tikilmə tarixi | IX əsr |
Üslubu | Bizans memarlığı |
Rəsmi sayt | agioslazaros.org.cy |
Vikianbarda əlaqəli mediafayllar |
Bu kilsə Əhdi-Cədiddə Yəhya kitabında adı keçən Lazarın adını daşıyır və əfsanəyə görə İsa özünü diriltməklə möcüzə göstərmişdir. Rəvayətə görə, İsa çarmıxa çəkildikdən sonra Lazar həyatı üçün qorxdu.[4] Başına belə bir hadisə gələ biləcəyindən təşvişə düşərək Kiprə qaçır. Burada o, qədim Kition şəhərində kilsənin keşişi olur. O, 30 ilə yaxın burada yaşayır. Lazar öləndən sonra burada da dəfn edilir. Bu gün Lazarın məzarı üzərində Müqəddəs Lazar kilsəsi də tikilmişdir.[5]