Müqəddəs Məryəmin Milad Kilsəsi (Vladiqafqaz)

Osetiya təpəsində Müqəddəs Məryəmin Milad KilsəsiVladiqafqaz şəhərində yerləşən qədim pravoslav məbədi. Rusiya Federasiyası xalqlarının mədəni irs obyekti.

Pravoslav ortodoks
Müqəddəs Məryəmin Milad Kilsəsi
Din
Yeparxiya Vladiqafqaz
Yerləşməsi
Ölkə
Şəhər Vladiqafqaz
Memarlıq
İnşa tarixi 1812
Tikdirəni Osetiya ruhani konsistoriyası
Üslubu Memarlıqda eklektizm
Materialı kərpic
Dağılıb 1931
Bərpası 1990
Vəziyyəti fəaliyyət göstərir
Müqəddəs Məryəmin Milad Kilsəsi xəritədə
Müqəddəs Məryəmin Milad Kilsəsi
Müqəddəs Məryəmin Milad Kilsəsi
Saytı
osethram.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi məlumatlara əsasən, Müqəddəs Məryəmin Milad məbədi (Vladiqafqaz şəhərinin Osetiya təpəsində yerləşdiyinə görə yerli sakinlər buranı qısaca Osetiya kilsəsi adlandırır) 1814-cü ildə Osetiya Ruhani Komissiyası tərəfindən "missioner məqsədləri və Vladiqafqazda ilk məskunlaşan pravoslav osetinlərin ehtiyacları üçün" qurulmuş və təqdis edilmişdir.[1] Digər mənbələrə görə, məbəd 1823 -cü ildə qurulmuş və 24 mart 1824 -cü ildə müqəddəsləşdirilmişdir.[1]

Əvvəlcə dördbucaqlı şəklində olsa da, sonradan çarmıx vəziyyətinə gətirildi. 1823-cü ildə bu ərazidə daşdan məbəd tikildi.[2] Pravoslav dindarların sayı çoxladıqca kilsə genişləndi və yenidən quruldu. 1861-ci ildə yıpranmış bina əvəzinə klassik üslubda yeni bir daş məbədi tikildi.[2][3]

Tikinti Vladikavkaz hərbi dairəsinin rəisi Baron Vrevski, general Yevdokimov, polkovnik Speranski, knyaz Svyatopolk-Mirski və digər nüfuzlu vətəndaşların və şəhərin sadə sakinlərinin iştirakı ilə aparılmışdır.[3] 1896-cı ildə məbədi yeni əlavə tikili ilə genişləndi və daş hasarla əhatə olundu. Plan üzərindı bina xaç şəklində hazırlanıb, qərb hissəsində zəng qülləsi yerləşir. Plandakı ölçülər: uzunluğu (zəng qülləsi daxil olmaqla) 28.1 m və ) və eni 20 m.[4]

Müqəddəs Məryəmin Milad Kilsəsi yanında baş keşiş Aleksi (Akso) Koliyev 1860-cı illərin əvvəllərində 3 sinifli qadın məktəbi qurdu.

1890-cı ildə Osetiya kilsəsinin ərazisində birmərtəbəli kilsə-prixod məktəbi tikildi. Həmin yerdə indi 13 nömrəli orta məktəb yerləşir.

13 dekabr 1931-ci ildə Şəhər Şurasının qərarı ilə kilsə bağlandı. 1930-cu illərdə zəng qülləsindən bütöv qübbəli hissə və zənglər çıxarılaraq dağıdıldı.[4] Kultlar üzrə komissiyanın 22 mart 1932-ci il tarixli fərmanı ilə kilsədən şəhər politexnik muzeyi təşkil etmək üçün xalq təhsili şəhər şöbəsinin nəzarəti altına verildi.

1939-cu ildən bu binada K. Xetaqurov adına adına Osetiya Ədəbiyyatı Muzeyi yerləşirdi.

25 noyabr 1988-ci ildə Orconikidze şəhərindəki xalq deputatlarının Lenin rayon sovetinin icra komitəsi, dini birliklərini qeydiyyata almalarını və keçmiş pravoslav Osetiya kilsəsinin binasını qaytarmalarını xahiş edən bir qrup dindarların müraciətini nəzərdən keçirdi. 13 aprel 1990-cı ildə Orconikidze şəhərindəki xalq deputatlarının Lenin rayon sovetinin icra komitəsinin "Keçmiş Vladiqavqaz Osetiya kilsəsinin binasının və ona bitişik ərazinin pravoslav xristianların dini cəmiyyətinə verilməsi haqqında" 997 saylı qərarı qəbul edildi.

21 sentyabr 1993-cü ildə müqəddəs Məryəmin milad günündə və prestol bayramında kilsə Stavropol və Vladiqafqaz mitropolitləri gedeonu tərəfindən təqdis edildi.

Daha sonra, kiçik təsərrüfat tikililər əvəzinə məbədin ərazisində geniş bir inzibati və təhsil kompleksi inşa edildi. 26 fevral 2009-cu ildə tikintisi dörd il davam edən yeni bir inzibati binanın müqəddəsləşdirilməsi baş tutdu. Müqəddəs ayini Şimali Osetiya-Alaniya pravoslav kilsələrinin keşişi protoierey Vladimir Samoylenko, Osetiya məbədinin baş keşişi protoierey Konstantin Cioyev və Pokrovsk məbədinin keşişi protoierey Vladimir Mixaylov keçirdilər.

2014-cü ilin sonunda məbəddə son 100 ildə ilk dəfə osetin dildə İlahi Liturgiya keçirildi.

2014—2015-ci illərdə məbəd ərazisinin qərb yamacında, Kosta Xetaqurovun məzarı da daxil olmaqla, məbədin ərazisində yerləşən dəfn yerlərin məhv edilməsi ilə nəticələnə biləcək torpaq çökməsi prosesinin qarşısını almaq üçün dayaq divarı qurulması işləri aparılmışdır. Həm də bu zaman məbədin qübbələri dəyişdirildi, kupel, yarımdairəvi parapet və məbəd ərazisinin qərb tərəfində müşahidə göyərtəsi quruldu.

Məbədin hasarında Osetiya xalqının tarixində və mədəniyyətində əhəmiyyətli rol oynamış şəxsiyyətlərin dəfn olunduğu nekropol yerləşir.

Baş keşişlər

[redaktə | mənbəni redaktə et]
  • 1812-1847 - bilinmir
  • Protoierey Aleksi Koliyev (1847—1866-cı illər)
  • Protoierey Mixail Suxiyev (1866—1892-ci illər)
  • Protoierey Aleksi Qatuyev (1894—1909-cu illər)
  • Protoierey Xarlampi Tsomayev (1910—1925-ci illər)
  • İyerey Manuil Burnatsev (1992—1997-ci illər)
  • Protoierey Konstantin Cioyev (1997-ci ildən )
  1. 1 2 "Паспорт объекта «Некрополь в ограде бывшей Осетинской церкви» Министерства культуры СССР" (PDF). 2020-02-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-08.
  2. 1 2 Торчинов В. А., Владикавказ., Краткий историко-краеведческий справочник, стр. 129
  3. 1 2 Цаллагов С. Ф., Владикавказ — летопись в камне, Книга-фотоальбом, Владикавказ, дизайн-студия «Веста», 2008., стр. 26
  4. 1 2 Торчинов В. А., Владикавказ., Краткий историко-краеведческий справочник, стр. 130