Müqəddəs Nina qız gimnaziyası (Gəncə)

Bina XIX əsrin sonları, XX əsrin əvvəllərində məhz bu cür adlanırdı. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsində olan bina ilə bağlı olduqca maraqlı bir fakt mövcuddur… Belə ki, bina 1883-cü ildə Gəncənin ikinci hissəsində , ermənilərin və qeyri müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırdığımız yerdə inşa edilib və bu da əbəs yerə deyil. Çünki, Çar Rusiyası azərbaycanlıların elmə yiyələnməsinin daim əleyhidarı olub və əsasən xristianların (ermənilərin) elm almaları üçün çaba sərf edib, əsas elm mərkəzlərini də məhz xristianlar (ermənilər) olan ərazilərdə inşa edib[1]

Müqəddəs Nina qız gimnaziyası
Елизаветполь (Гянджа). Женское учебное заведение Св. Нины
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 110
Aidiyyatı Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi
Tikilmə tarixi XIX əsr
Material kərpic
İstinad nöm.3838
Kateqoriyabina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Müqəddəs Nina qız gimnaziyası (Gəncə)
Müqəddəs Nina qız gimnaziyası

Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus,506 erməni,66 gürcü,21 alman,19 yəhudi,16 polyak,4 ingilis,3 yunan,3 sarı xaldey,3 aysori,1 avstraliyalı və bir osetin qızı təhsil aldığı halda, burda yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər. (Xan qızı Ziyadxanova Zərnitac, məmur qızı Həsənbəyova Dilruba, general qızı Novruzova Sayad[2]

Gimnazyanı bitirənlər[redaktə | mənbəni redaktə et]

  1. Zərnitac Ziyadxanova
  2. Dilruba Həsənbəyova
  3. Sayad Novruzova

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ayaz Huseynov". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  2. * Fərrux Əhmədov "Gəncənin tarix yaddaşı"

Həmçinin bax[redaktə | mənbəni redaktə et]