Müqəddəs Nina qız gimnaziyası
Müqəddəs Nina qız gimnaziyası | |
---|---|
Елизаветполь (Гянджа). Женское учебное заведение Св. Нины | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 110 |
Aidiyyatı | Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi |
Tikilmə tarixi | XIX əsr |
Material | kərpic |
İstinad nöm. | 3838 |
Kateqoriya | bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Bina 1883-cü ildə Gəncənin ikinci hissəsində, ermənilərin və qeyri- müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırılan yerdə inşa edilib. Binada XIX əsrin sonları, XX əsrin əvvəllərində Müqəddəs Nina qız gimnaziyası yerləşirdi. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsindədir.[1]
Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori, 1 avstraliyalı və 1 osetin qızı təhsil aldığı halda, burada yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər. (Xan qızı Ziyadxanova Zərnitac, məmur qızı Həsənbəyova Dilruba, general qızı Novruzova Sayad[2]