Müqəddəs Tereza Ana kilsəsi (Priştina)

Priştinada yerləşən Müqəddəs Tereza Ana kilsəsi (alb. Katedralja e së Lumes Nënë Tereza në Prishtinë, serb. Katedrala Majke Tereze u Prištini / Катедрала Мајке Терезе у Приштини) ― Kosovonun Priştina şəhərində yerləşən Roma-Katolik kilsəsi kafedralıdır.[1] 2007-ci ildə Kosovo hökuməti tərəfindən kilsənin tikintisinin planları hazırlanmışdır.[2] Məbəd alban və hind katolik rahibəsi və missioner xoşbəxt Tereza Anaya həsr edilmişdir.

Müqəddəs Tereza Ana kilsəsi
alb. Katedralja e së Lumes Nënë Tereza në Prishtinë
Xəritə
42°39′23″ şm. e. 21°09′33″ ş. u.HGYO
Ölkə Kosovo Kosovo
Status Ölkə əhəmiyyətli abidə
Şəhər Priştina
Yerləşir Priştina
Aidiyyatı Katolisizm
Tikilmə tarixi 2007- ???
Material kərpic
KateqoriyaKilsə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Tereza Ana kilsəsi (Kosovo)
Tereza Ana kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kilsənin zəng qülləsi

Kilsənin təməlindəki birinci daşı Kosovonun keçmiş prezidenti İbrahim Ruqova tərəfindən təntənəli surətdə qoyulmuşdur. Ruqova özü din üzrə müsəlmandır. "Kilsə kafedralı arxitekturanın bir hissəsi olacaq. Bu kilsə bizim dəyərlərimizi, milli eyniliyimizi və inamımızı, bizim hislərimizi özündə cəmləşdirəcək." — deyə prezident nitqini tamamlamışdır.[3] Açılış mərasimi 26 avqust 2010-cu ildə — Tereza Ananın anadan olmağının yüzüncü ildönümündə baş tutmuşdur. Hərçənd tikinti işləri yalnız növbəti ildən başlanmışdır.[4] Kilsə kafedralının tikintisi müsəlman dairələrində sərt tənqidlərə və mübahisələri səbəb oldu. Buna mübahisələrə səbəb Kosovoda müsəlmanların digər dinlərə sitayiş edənlər arasında üstünlük təşkil etməsi olmuşdur.[5]

Mübahisələrdən sonra kilsədə tikinti işləri bir müddətə dayandırılmışdır. Prizren Apostol administraturası Priştinadan Prizrenə köçürüldükdən sonra tikinti işləri yenidən başladı. Kilsə şəhərin ən hündür tikililərindən biri hesab olunur.[6]

Albanların və Avstriyanın ümumi tarixinə həsr edilmiş sərgi 2015-ci ilin yanvar ayında kilsə kafedralında təşkil olunmuşdur. Tədbirdə Kosovo prezidenti Atifete Yaxyaqa və Avstriyanın xarici işlər naziri Sebastyan Kurs iştirak etmişdir.[7]

  1. Kosovo Kosovo Respublikası ilə Serbiya Respublikası arasındakı münaqişənin əsas mövzusudur. Kosovo Respublikası 17 fevral 2008-ci ildə müstəqliyyini elan etmişdir, amma Serbiya Kosovonun onun tərkib hissəsi olduğu iddiasına davam edir.
  2. "eni.ch - This website is for sale! - Gasoline Resources and Information". www.eni.ch. 2011-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
  3. "New Cathedral Symbolises Catholic Rebirth in Kosovo". BIRN Kosovo. 6 September 2007. 11 December 2011 tarixində arxivləşdirilib.
  4. "Kosovo: Neue Mutter-Teresa-Kirche eingeweiht". DiePresse.com (alman). 6 September 2010. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2015.
  5. Petrit Collaku. "Kosovo Muslims Resent New Mother Teresa Statue". Balkan Insight. 26 May 2011. 30 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2016.
  6. In Pristina's old Ottoman mosque, Muslims gather for prayers[ölü keçid]
  7. Kryeziu, Visar. "Kosovo president Atifete Jahjaga, right, joined by Austrian Foreign Minister Sebastian Kurz, ..." Yahoo News. 19 January 2015. 3 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 March 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]