Müqəddəs Yelisey kompleksi və ya Qala piri — Oğuz rayonunda yerləşən alban məbədi.
Müqəddəs Yelisey bazilikası | |
---|---|
41°04′23″ şm. e. 47°27′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Oğuz |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
İstinad nöm. | 1637 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Tuf daşlarından və əhəng məhlulundan inşa edilən və dördbucaq formasında olan bu məbəd binasının uzunluğu 7,45 metr, eni 5,55 metrdir. Məbəd daxilində ibadət üçün nəzərdə tutulmuş sahə 3,5 metr X 4,35 metr ölçüsündədir. Eni 1,1 metr, hündürlüyü 1,55 metr olan üstü yarımdairəvi tağlı qapı məbədin qərb hissəsində yerləşir. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə "Müqəddəs yer" deməkdir). 1828–1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsinə nail olur. "Erməniləşdirmə" siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir. Ermənilər Qerqets monastrını "Yeqişe Arakel" monastrı adlandırır, alban dilində yazılar məhv edilərək erməni yazıları ilə, alban xaçı erməni xaçı ilə əvəz olunur. Bu proses XX əsrin əvvəllərində başa çatdırılır.