Müqayisə üsulu

Müqayisə üsulu - Cari aktivin dəyərləndirilməsində (o cümlədən ilkin yerləşdirilən qiymətli kağızların qiymətinin müəyyənləşdirilməsində) təzəlikdə satılmış oxşar (müqayisə oluna bilən) aktivlərin (qiymətli kağızların) istifadə edilməsi üsulu. Bu zaman müqayisə olunan aktivlərə oxşarlar deyilir. Müqayisə üsulundan şirkətlərin cari dəyərinin qiymətləndirilməsində də istifadə olunur. Bu zaman oxşarlar kimi müvafiq sahədə fəaliyyət göstərən, gəlirləri, aktivləri, artım tempi və digər bu kimi göstəriciləri qiymətləndirilən şirkətlə müqayisə oluna bilən şirkətlər götürülür. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.159-160