Mürşüd Məmmədov (həkim)

Məmmədov Mürşüd Cabbar oğlu (10.3.1931—21.5.2017) - həkim.professor

MÜRŞÜD CABBAR OĞLU MƏMMƏDOV
Mürşüd Cabbar oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Zəngilan r-nu
Vəfat tarixi (86 yaşında)
Dəfn yeri Baki şəh.
İxtisası Həkim.Tibb üzrə Elmlər doktoru.Professor.Tibb xidməti Polkovniki
Fəaliyyəti həkim
Fəaliyyət illəri 1954-2010

Professor Mürşüd Məmmədov 1931-cı ildə Zəngilan rayonunda anadan olmuşdur.1956-cı ildə Kuybışev şəhərində Hərbi Tibb Akademiyasını qızıl medalla bitirmişdir.

1954-1980-cı illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi qulluqda olmuş və polkovnik rütbəsinədək yüksəlmişdir.

1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adını almışdır.

1981-1984-cü illərdə Bakı şəhəri Semaşko adına 1 saylı kliniki xəstəxanasının baş həkimi işləmişdir. Oftalmologiya sahəsində 1960-cu ildən işləyir.

Professor adına layıq görülmüşdür. 83 elmi əsəri, o cümlədən 1 metodik tövsiyəsi, 7 səmərələşdirici təklifi və 2 müəlliflik şəhadətnaməsi vardır.

1984-1988-ci ilə kimi institutun elmi informasiya şöbəsinin müdiri vəzifəsini tutmuşdur.

1988-2013-cu ilə qədər uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

1972-ci ildən SSRİ Səhiyyə əlaçısı döş nişanı, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Mürşüd Məmmədov 21 may 2017-ci il tarixdə dünyasını dəyişmişdir.-3 övladı, 6 nevesi var

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]