Mütləq hündürlük

Mütləq hündürlük — yer səthində hər hansı bir nöqtənin okean səviyyəsindən (orta səviyyəsindən) şaquli xətt üzrə metrlərlə (kilometrlə) məsafəsinə deyilir. Okeanın orta səviyyəsinə "sıfır səviyyə" də deyilir. Mütləq hündürlük Qərbi Avropada Şimal dənizinin orta çoxillik səviyyəsindən, RusiyadaAzərbaycanda isə Kronştadt futştokundan (Baltik dənizi) hesablanır.[1] Mütləq hündürlük iqlimə təsir edən relyef elementi hesab olinur. Məlumdur ki,hündürlük artdıqca atmosfer təzyiqi və havanın tempraturu enir.Günəş radiasiyası və effektiv şüalanma rütubətlik isə hündürlük boyu müəyyən həddə qədər artır,sonradan azalır. Mütləq hündürlüyə görə olan dəyişmə,coğrafi enliyin təsiri ilə müqayisədə böyükdür.Dağlarda hündürlükdən asılı olaraq meteoroloji elementlərin dəyişməsi,iqlim şəritinin dəyişməsini yaradır. Hündürlük qurşaqları üzrə iqlim dəyişmələri enliklər üzrə iqlim zonalarının əvəz olunmasına bənzəyir. Lakin iqlim üfüqi istiqamətdə dəyişməsi 1000 kilometrlərlə məsafə tələb etdiyi halda,dağlıq sahələrdə bu proses qısa məsafələrdə baş verir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.