Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır.