Müxtəlifyarpaq pittosporum

Təbii halda əsasən, Çində yayılmışdır.

Müxtəlifyarpaq pittosporum
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Müxtəlifyarpaq pittosporum
Beynəlxalq elmi adı

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 7 m-ə çatan həmişəyaşıl koldur. Eyni kolda neştərvari, ellipsvari, yumurtavari və s. formalı yarpaqlara təsadüf edilir. 5-7 ədəd ağ və ya sarı çiçəkləri uc və ya qoltuq çiçək qruplarında yerləşir, olduqca ətirli, zərif portağal qoxusu verir. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvəsi xırda, tünd qırmızı toxumları şarşəkilli qutucuqdur. Toxum və qələmlə çoxaldılır.

Münbit torpaqları sevir, sərt şaxtalarda yerüstü hissəsi məhv olur, yazda pöhrələr verərək yenidən bərpa olur. Bu növ meşələrdə, quru daşlıq yerlərdə, dağ çaylarının vadilərində, dəniz səviyyəsindən 1000-4000 m hündürlükdə, məhsuldar, nəmişli torpaqlarda, işıqda və ya yarımkölgədə yaxşı bitir. Soyuğa davamlıdır.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Respublikanın bir çox rayonlarında yaşıllaşdırmada rast gəlinir.

Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında, həmçinin qazonlara daha dekorativ görünüş vermək üçün geniş istifadə olunur.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh