Mılsının binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Aboran küçəsi, ev 86, Semaşko ünvanında.[1] yerləşir. Bina XIX əsrin sonlarında inşa edilmişdir.[2] Regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir.
Mılsının binası | |
---|---|
rus. Доходный дом Мыльцына | |
47°13′02″ şm. e. 39°42′54″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | XIX əsrin sonları |
Vikianbarda əlaqəli mediafayllar |
İvanoviç Mılsın taxıl alveri və bank işində çalışırdı. Fedor Mılsin 30 il müddətində şəhər bank cəmiyyətində çalışmışdır. O, bu vəzifədə uzun zaman direktor postunda çalışmışdır. Rostov-na-Donu şəhərinin fəxri sakinidir. Uzun zaman xeyriyyəçiliklə məşğul olurdu. 1913-ci ildə İvanoviç Mılsın imkanların sərf edilməsində günahlandılması ilə əlaqədar direktorluqdan istefa etməli olmuşdur.[3]
Bu bina arxitektur abidə olaraq XIX əsrin sonlarında inşa edilmişdir. Bina qoruma altına alınmışdır. Zirzəminin təmiri zamanı yerin altına gedən yollar aşkarlanmışdır. Bu yollar şəhərin altı ilə hərəkət edən gizli yollara çıxış ola bilər.[4]
1917-ci il inqilabına qədər inşa edilən binaların stilinə uyğundur. Binanın birinci mərtəbəsində ticarət obyektləri yerləşirdi. Bina neoklassizm istiqamətli eklektika stilində inşa edilmişdir.[5] Bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin pəncərələri dörbucaqlı, ikinci mərtənənin pəncərələri isə dairəvidir. Bina kərpiçdən inşa edilmişdir.