Mıxtökən silsiləsi

Mıxtökən silsiləsiAzərbaycanda, Kiçik Qafqazda dağ silsiləsi. Qarabağ yaylası ilə Qarabağ silsiləsi arasında, TərtərHəkəri çayları hövzələrinin suayrıcılarında yerləşir. Maksimum hündürlüyü 3,616 metrdir (Dəlidağ). TəbaşirPaleogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Kollu və seyrək meşələri (palıd, fıstıq, vələs), subalp və alp çəmənlikləri yayılmışdır. Yay otlaqları var.[1]

Mıxtökən silsiləsi
Ümumi məlumatlar
Dağ silsiləsi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3.616 m
Yerləşməsi
Ölkə
  1. Мыхтөкән силсиләси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.