Məğlubedilməzlərin məzarı

Məğlubedilməzlərin məzarı (mak. Могила на непобедените) — Şimali Makedoniya, Prilepdə II Dünya Müharibəsi xatrəsidir. Abidə kompleksi 1961-ci ildə Makedoniyadakı Xalq Qurtuluş Mübarizəsinin şəhid və döyüşçülərinin şərəfinə inşa edilmişdir. Xatirə kompleksinin müəllifi serbiyalı memar Boqdan Boqdanoviçdir.

Qəbiristanlıq
Məğlubedilməzlərin məzarı
Ölkə
Yerləşdiyi yer Pirlepe
Əsası qoyulub 1961
41°20′04″ şm. e. 21°33′31″ ş. u.
Məğlubedilməzlərin məzarı xəritədə
Məğlubedilməzlərin məzarı
Məğlubedilməzlərin məzarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kompleks əsgərlərin küp qəbirləri və ümumi məzarlarından ibarətdir. Küpşəkilli qəbirlər mərmərdən tikilib və antik dövrdəkiləri xatırladır. Kompleksdəki ən böyük belə məzar üstündə əbədi alov simvoluna malikdir, bu Makedoniya xalqının azadlıq uğrunda mübarizəsinin rəmzidir. Kompleksin ikinci hissəsində Prilepdən və qonşu yerlərdən ölən 462 partizan döyüşçünün qalıqlarını özündə cəmləşdirən gizli sərdabə var. Buradakı mərmər sütunlara həmin şəxslərin adları yazılmışdır.

Xatirə kompleksi üzərindəki tikinti işləri 2007-ci ildən 2008-ci ilə qədər dəvam etmişdir.[1]

Təsviri[redaktə | mənbəni redaktə et]

İnqilab Parkı şəhərin cənub hissəsində yerləşir, ətrafı yüksək şam ağacları və kolşəkilli həmişəyaşıl flora ilə bəzədilib. Park, həlak olmuş əsgərlərin və Xalq Azadlıq Hərəkatının iştirakçılarının şərəfinə 1961-ci il abidələri ilə zənginləşdirilmişdir. Bu kurqan, bütün şaquli səthinin daxili hissəsi ağ mərmər plitələrlə döşənmiş bir yarımdairəvi fomadadır. Onların üzərində Prilepdən və ətraf yerlərdən gətirilmiş 462 partizanın adları yazılmışdır. Yarım dairəvi bir formanın qarşısında Makedoniyada ilk partizan dəstəsinin meydana gəlməsini və güclü bir hərbi hissəyə çevrilməsini simvolizə edən səkkiz mərmər xatirə lövhəsi qaldırılır.[1]

İnqilab Parkı 1989-cu ildə mədəni irs abidəsi elan edildi. Parkın içərisində 1961-ci ildə rəsmi olaraq açılan Xalq Qəhrəmanları Xiyabanı var. Burada Prilepdə anadan olmuş doqquz Xalq Qəhrəmanının: Kiro Qavriloski, İliya Yovanovski, İordan Çopela, Borko Taleski, Kuzman İosifovski Pitu, Mirhe Acev, Borko Velevski, Rampo Levkov və Krume Volnaroskinin bürünc büstü yerləşir.[1] 2012-ci ildən etibarən qabul edilən layihəyə görə bunlardan əlavə, sosialist Makedoniyada siyasətçi kimi fəaliyyət göstərən Prilepdən olan xalq qəhrəmanları: Vera Açeva, Dore Damevski, Borko Temelkovski və Krste Crvenkovski üçün daha dörd büst tikilməlidir.[2]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]