Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir

Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir (10 may 1829, Aşağı Yağlıvənd, Cavanşir-Dizaq mahalı1906, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — Qarabağın tanınmış ruhanilərindən biri, el ağsaqqalı.

Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir
Məşədi Əzimməmməd ağa Xələf bəy oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Xorasan
Vətəndaşlığı
Həyat yoldaşı Zeynəb xanım Mehdi qızı
Uşaqları
  • Ağakişi ağa,
  • Rzaqulu ağa,
  • Abbasqulu ağa,
  • Səfiqulu ağa,
  • Əmiraslan ağa,
  • Aşa xanım,
  • Fatma xanım,
  • Güləndam xanım
Atası Xələf bəy Yağləvəndli-Cavanşir

Həyatı[redaktə | mənbəni redaktə et]

Məşədi Əzimməmməd ağa Xələf bəy oğlu 1829-cu ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi.

Obalarının dini işlərinə nəzarət edirdi. Əskidən ər ocağı olduqlarından (Səfəviyyə xəlifələri idilər) mahal camaatından yığılan "Həzrət Abbas nəzri"ni toplayar, zəvvarlarla Kərbəlaya göndərərdi.

Əzimməmməd ağa pak Xorasan torpağına, Məşhədi-müqəddəsə ziyarətə getmiş, qayıdarkən yolda vəfat etmişdi. Böyük oğlu Məşədi Ağakişi ağa onu Xorasanda dəfn etmiş, məzarının üstündə məqbərə tikdirmişdi.

Məşədi Əzimməmməd ağa 1906-cı ildə vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məşədi Əzimməmməd ağa Zeynəb xanım Mehdi qızı ilə ailə qurmuşdu. Ağakişi ağa, Rzaqulu ağa, Abbasqulu ağa, Səfiqulu ağa, Əmiraslan ağa adlı oğulları, Aşa xanım, Fatma xanım və Güləndam xanım adlı qızları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir, "Soy" еlmi-kütləvi dərgi, 2012, №7 (63), s.20-23


Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]