Məşədi Abış bəy Novruzov


Məşədi Abış bəy Novruzov xalq qəhrəmanı

MƏŞƏDİ ABIŞ BƏY NOVRUZOV
Məşədi Abış bəy Bəylər bəy oğlu Novruzov
Doğum tarixi
Doğum yeri Şuşa şəhəri
Vəfat yeri Şuşa şəhəri


Həyatı[redaktə | mənbəni redaktə et]

Məşədi Abış bəy Bəylər bəy oğlu 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Ibtidаi təhsilini mоllа yаnındа аlmışdı. Sonra qəza məktəbində oxumuşdu. Qəza idarəsində çalışmışdı.

Məşədi Abış bəy Şuşada ermənilər tərəfindən baş verilən qırğınlarının qabağını alanlardan biri idi. Erməni–türk münasibətlərinin kəskinləşdiyi bir dövrdə Peterburqda Rusiya canişinlərinin müşavirəsi çağırıldı. Qafqaz canişini Qolitsin çıxış edərək ermənilərlə müsəlmanlar arasında qırğın salmaq barədə öz fikrini və planını müşavirə iştirakçılarına bildirdi. Hamı onun fikrini bəyənib, alqışladı. Müşavirə də öz qərarını çıxardı və bu qərarları yerinə yetirmək üçün çar II Nikolay bütün canişinlərə və qubernatorlara gizli göstərişlər verdi. Qafqazda baş verəcək faciələrin rejissorluğunu isə Qolitsinə tapşırdı. Bunun üçün ermənilər və türklər arasında təbliğat aparmaq üçün hökumət Peterburqdan 130 nəfər xəfiyyə göndərdi və beləliklə, çar hökumətinin köməkliyi ilə ermənilər əvvəlcə Bakıda, sonra isə Naxçıvanda, İrəvanda, Eçmiədzində, Cəbrayılda, Qaryagində qırğın törətdilər. Qırğın dalğası böyüyüb, Şuşaya keçdi. Qəza rəisi Pivavarov Peterburq müşavirəsinin qərarlarını praktiki surətdə yerinə yetirməyə başladı. O, əvvəlcə bir neçə nəfər azərbaycanlını gizli olaraq yanına çağırdı, guya, bu yaxınlarda ermənilərin şəhəri tutmağa hazırlaşdıqlarını bildirdi. Eyni zamanda da bir neçə daşnak liderini qəbul eləyib, azərbaycanlılar barədə lazımi sözlərini dedi və bununla da hər iki milləti bir-birinin üstünə saldırdı. Beləliklə, Şuşada erməni—müsəlman davası başlandı... Ermənilər davaya qabaqcadan hazırlaşır, hər gün şəhərə hərbi ləvazimat gətirirdilər. Şuşalılar isə erməniləri son dərəcə qorxaq və cəsarətsiz hesab etdiklərindən daşnakların onlara qarşı çıxacaqlarına inanmırdılar. Azərbaycanlılar "ermənilər ara-sıra ticarət etməkdən başqa heç nəyə yaramırlar", "onlarda əlinə silah almağa qüdrəti çatan bir nəfər də yoxdur", "ermənidən pəhləvan olmaz" sözlərini tez-tez yada salaraq öz şıdırğı alverləri ilə məşğul idilər. Digər tərəfdən də ermənilər tez-tez müsəlmanların qulaqlarına çatdırırdılar ki, guya, onlar yalnız "Rusiyadan muxtariyyət istəyirlər" və ona görə silahlanırlar. Həm də deyirdilər ki, biz burda azərbaycanlılarla yüz illər boyu bir yerdə yaşamışıq, nəyimizə lazımdır ki, Bakıda, Naxçıvanda qırğın olub, bizə nə dəxli, biz yenə qardaşıq. Lakin ermənilər müsəlmanların başlarının altına yastıq qoyub, altdan-altdan öz işlərini görür, tez-tez qətllər törədir, hökumət qulluqçularına sui-qəsd edirdilər. Onlar dövlət idarələrində çalışan bir rusu, bir ləzgini və bir neçə nəfər azərbaycanlını öldürdülər. Hər ölüm işindən sonra isə erməni keşişləri məscidə gəlir, dua oxuyur, "sülh yaradır", müsəlmanların yas məclislərində iştirak edir, başsağlığı verir, yağlı və fəndgir dillərini işə salaraq bütün bu işlərin təsadüf olduğunu bildirirdilər. Bir sözlə, ermənilər azərbaycanlıları dişlərinə vurur və onların bu işlərə biganə qaldıqlarını duyurdular. O biri tərəfdən isə daşnaklar hər gün bir yerə yığışır, yaxınlarda başlayacaqları davanı müzakirə edirdilər. Ermənilərin qarşılarına qoyduqları məqsəd bütün azərbaycanlıları son nəfərə kimi qırmaq, ev-eşiklərini yandırıb külə döndərmək, şəhəri tamamilə öz əllərinə almaq idi. Onlar gizlicə öz tədarüklərində idilər. Ermənilər Şuşaya gələn yolların üstündə, əlçatmaz yerlərdə, hündür qayalarda səngərlər qazırdılar. Daşnaklar müsəlmanlarda olan silahları ələ keçirmək üçün belə bir hiylə və biclik də işlətmişdilər. Bazarda 20 manata satılan tüfəngi 60 manata alır, 6 manat qiyməti olan tapançaya 30 manat verirdilər. Azərbaycanlılar isə ermənilərin silahı belə baha aldıqlarını görüb, evlərindəki silah-sursatı ermənilərə satırdılar. Sonradan ermənilərin bu hiyləsini başa düşən bəzi ziyalı şuşalılar bir yerə yığışıb, xeyriyyə cəmiyyəti təşkil elədilər və camaat arasında izahat işləri aparıldı. Bildirildi ki, ermənilər azərbaycanlılardan silahları hiyləgərliklə alıblar və bu gün-sabah həmin silahlar onların özünə tuşlanacaq. Bundan sonra xeyriyyə cəmiyyətinin qərarı ilə silah satmaq qadağan edildi. Hər məhəllədə xüsusi adamlara göstəriş verildi ki, ermənilərə silah, patron, ümumiyyətlə, hərbi ləvazimat satılmasının qarşısını alsın. Hər bir ailə başçısına ciddi tapşırıldı ki, özləri üçün silah alsın. Azərbaycanlılar dünən ermənilərə satdıqları silahların əvəzinə, bu gün daha baha qiymətə silah-sursat almaq məcburiyyətində qaldılar. Xeyriyyə cəmiyyətinin üzvləri məhəllə-məhəllə, kəndbəkənd düşüb, camaata silah almağı məsləhət görürdülər. Dava başlandı 1905-ci il avqustun 8-i idi. Gecə saat 2 radələrində Şuşada küçələrin çıraqlarına yanacaq töküb yandıran Kərbəlayı Hüseyn Məmmədhüseyn oğlunu ermənilər Şahlıq körpüsü yaxınlığında öldürdülər. Şuşa qəza rəisi Pivavarovun oğlu da bu qətldə iştirak edirdi. Səs-küyü eşidənlər hadisə yerinə gələndə qatillər onlara atəş açıb, aradan çıxa bildilər. Camaat gördü ki, Kərbəlayı Hüseyn qan içində çabalayır. Bircə deyə bildi ki, üç erməni və bir rus onu xəncərlə doğrayıb. Bu əhvalat hamıya bərk təsir elədi. Səhər tezdən xeyli adam Duma İdarəsinə gəldi, öldürülən azərbaycanlının qanını yerdə qoymayacaqlarına and içdilər. Lakin şəhər ağsaqqalları cavanları sakitləşdirə və yenidən qan tökülməsinin qarşısını ala bildilər. Bir həftə şəhərdə sakitlik yarandı... Avqustun 16-da səhər saat doqquz radələrində rus əsgərləri erməni qəbiristanlığında bir erməni öldürüb, şəhərə xəbər yaydılar ki, onu azərbaycanlılar qətlə yetiriblər. Dərhal kilsə zəngi çalındı, ermənilər onun qarşısına toplaşdılar. İxtisasca diş həkimi olan xəfiyyə cəmiyyətinin əməkdaşı, daşnak Maşoryans erməniləri qızışdırmaq üçün çıxış edərək dedi ki, elə bu saat aldığımız məlumata görə, Zarıslı kəndində azərbaycanlılar dörd ermənini qanına qəltan eləyiblər. Tez evlərinizə gedin, silahlarınızı götürüb, bizim işarəmizi gözləyin. Bir neçə dəqiqədən sonra daşnaklar hamısı silahlanıb, yenidən kilsənin qabağına yığışdılar. Erməniləri üç dəstəyə bölüb, tapşırıq verdilər. Bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Xəlifəli qapısına, bir dəstə isə şəhər meydanına tərəf yollandı. Qalan silahlı ermənilər isə əvvəlcədən qazdıqları səngərlərə doluşub, müdafiə mövqeyi tutdular. Onlara Tiflisdən gəlmiş bir neçə yüz erməni, gürcü silahlıları və kazaklar kömək edirdilər. Daşnaklar uşağa, arvada, qocaya, xəstəyə baxmadan qabaqlarına çıxanları gülləyə tuturdular. Elə həmin günün ilk qurbanlarından biri yoldan keçən Qara adlı bir nəfər oldu. Sonra yenə bir azərbaycanlı erməni gülləsinə tuş gəldi. Daşnaklar bazara basqın edərək azərbaycanlıları qırıb-çatmağa başladılar. Azğın ermənilərin Köçərli məhəlləsindəki vəhşilikləri lap ölçüyəgəlməz oldu. Onlar doxsan yaşlı Abbas bəyi, onun oğlunu, qardaşı oğlunu, qulluqçularını, qonşularını öldürdülər, meyidlərinə və mülklərinə od vurub-yandırdılar. Hələlik azərbaycanlılar tərəfdən heç bir müqavimət görməyən daşnaklar daha da azğınlaşıb, ertəsi gün elə həmin məhəllədə səkkiz ev də qarət edib, oda qaladılar, sakinləri qətlə yetirdilər. Şəhər meydanına tərəf gedən dəstə isə bazardakı azərbaycanlıları gülləyə tutmağa başladı. Ümumiyyətlə, ermənilər azərbaycanlıları xüsusi qəddarlıqla, əzab-işgəncə ilə öldürür, sonra isə meyidlərini ya yerindəcə yandırır, ya da kəndirlə sürüyüb, xəndəklərə dolduraraq cinayətlərinin izini itirmək üçün üstünü örtürdülər. Ermənilərin bu vəhşiliklərindən, qeyri-insani hərəkətlərindən xəbər tutan azərbaycanlılar şəhərin əlverişli və münasib yerlərində — Vəzirovların, Qaraşarovların, Gövhər ağa Cavanşirin, Məşədi Kərimin evlərinin qarşısında, Ağadədəli və Təzə məhəllələrdə səngər düzəldərək hələlik müdafiə mövqeyi tutdular. Həmin səngərlərdəki dəstələrə Axund Molla Şükür Məhərrəmzadə, Məşədi Abış bəy Novruzov, Miribrahim Ağamirzadə, Əfrasiyab Hacı Əzim oğlu, Abbas bəy Talıb bəy oğlu başçılıq edirdilər. Bu vətənpərvər gənclər cəsur, qeyrətli oğlanları səfərbərliyə alır, silahlandıraraq şəhərin müdafiəsinə göndərirdilər. Davanın ikinci günü azərbaycanlı igidlər hücuma keçdilər və erməniləri xeyli geri çəkilməyə məcbur etdilər. Lakin ermənilər pərən-pərən düşmüş qüvvələrini bir yerə toplaya bilib, müqavimət göstərməyə başladılar, bununla belə çoxlu tələfat verdilər. Ertəsi gün şuşalılar artıq Böyük kilsənin yaxınlığında döyüşür və erməniləri get-gedə sıxışdırırdılar. Ətraf Azərbaycan kəndlərinin dəliqanlıları da 700 nəfərlik silahlı dəstə ilə köməyə gəlmişdilər. Onlar daşnaklara göz açmağa imkan vermir, qabaqlarına keçəni dərhal öldürür, evlərə, dükanlara od vurub külə döndərirdilər. Ermənilər əlverişli mövqe tutmalarına, daha hazırlıqlı və müsəlmanlardan on qat artıq olmalarına baxmayaraq, şuşalıların hücumlarına tab gətirə bilmir, "ya Əli!" nərəsindən vahimələnib, heyrət və dəhşət içərisində arxalarına baxmadan qaçmağa üz tuturdular. Qaçarkən isə çoxlarının ürəyi partlayırdı. Başlarını salamat qurtaran ermənilərin bəziləri Daşaltı kəndinə qaçıb, Çaxmaq meşəsində gizlənir, bəziləri isə rus kazarmalarına qaçıb doluşaraq əsgərlərin çarpayıları altında sığınacaq tapırdı. Bugünkü döyüşdə ermənilər yaşayan məhəllələr tamamilə müsəlmanların əlinə keçdi. Həmin vaxt durbinlə döyüşə tamaşa edən bir rus generalı azərbaycanlıların necə igidliklə vuruşduqlarından təəccüblənərək demişdi: "Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə hünər göstərərək səngərlər tutması çox qəribədir!" (Mir Möhsün Nəvvab. "1905–1906-cı illərdə erməni-müsəlman davası". "Şuşa" nəşriyyatı, 1993.) Rus havadarlığı Artıq davanın dördüncü günü idi. Şuşalılar ermənilərin son qüvvələrini də darmadağın edib, onları pərən-pərən salmış, qələbə bayrağını kilsəyə sancmışdılar. Daşnak liderləri yenə də bicliyə əl atıb, teleqramla Rusiya dövlətinə müraciət etdilər ki, qırğını yatırmaq üçün Qafqazın şeyxülislamını təcili olaraq Şuşaya göndərsin. Teleqram vurulandan sonra erməni keşişləri, yüksək rütbəli rus zabitləri və çinovnikləri əllərinə İncil və ağ bayraqlar götürüb, hüznlü musiqi sədaları altında göz yaşı axıda-axıda Böyük məscidə tərəf gəlməyə başladılar. Onların qarşısına müsəlman din xadimləri və qocalar — Məhəmməd ağa Müctəhidzadə, Şuşa qəza qazısı Ağa Əbdürrəhim Oruczadə, Cəfər bəy Vəzirov, Səlim bəy Rüstəmbəyov, Məşədi Abış bəy Novruzov və başqaları çıxdılar. Təslim bayrağını görən azərbaycanlılar atəş açmadılar. "Səhv etdikləri"ni boyunlarına alan ermənilər bağışlanılmalarını xahiş etdilər. Erməni xəlifəsi və rus hökumətinin nümayəndəsi Baranovski çıxış etdilər. Xəlifə erməni bicliyini işə salıb, yalvarmağa başladı: "Amanın bir günüdür, müsəlmanlar! Ermənilər müqəssir olsalar da, daha Şuşada erməni qalmadı! İndi bir ovuc əlsiz-ayaqsız erməni qalıb. Barı, onlara rəhm edin!". Sonra o, barışıq təklif elədi. Beləliklə də, barışıq e’lan olundu və bu gündən ermənilər azərbaycanlılarla "qardaş kimi yaşayacaqlarına" söz verdi. Lakin heç bir gün keçməmiş ermənilər yenə də müsəlman məhəllələrinə atəş açmağa başladılar. Şuşalılar məcburiyyət qarşısında qalıb, hücuma keçdilər. Ermənilərin son nəfəsində yenə də keşişlər, dövlət qulluqçuları və rus zabitləri əllərində ağ bayraq, İncil Böyük məscidə gəlib, sülh nişanəsi kimi bayraqların birini məscidin minarəsinə sancdılar. Onlar yenidən ağlayıb-sısqayaraq bağışlanılmaları üçün yalvarıb-yaxarmağa başladılar. Müsəlmanlar ermənilərin təkliflərini yenə də qəbul etdilər. Sonra hamı dağılışıb getdi. Elə bu vaxt ermənilər bir azərbaycanlını öldürdülər. Səbr kasası tamamilə dolmadığından şuşalılar sülh şərtlərini pozmaq istəmədilər. Ermənilər isə şəhərin müsəlman məhəllələrinə atəş açmaqda davam edirdilər. Qırğının son günü, yəni, avqustun 21-də azərbaycanlılar əsir aldıqları erməniləri sağ-salamat sahiblərinə təhvil verdilər. Daşnaklar isə bunun əvəzində Realnı Məktəbin təmirində işləyən 17 nəfər iranlı fəhlənin başını kəsdilər. Müsəlmanlar isə "lənət şeytana!" – deyib, yenə də sülhü qoruyub saxlamağı üstün tutdular. Bu hadisədən bir neçə gün keçəndən sonra 300 atlının müşayiəti ilə Qafqaz şeyxülislamı Şuşaya gəldi. Şəhər əhli onu böyük hörmət və ehtiramla qarşıladı. Ertəsi gün erməni nümayəndələri onun hüzuruna gəlib, birlikdə məscidə və kilsəyə getdilər. Şeyxülislam, erməni xəlifəsi və hərbi qubernator çıxış edərək barışıq etməyi, əmin-amanlıq yaratmağı təklif etdilər. Sonra andiçmə mərasimi oldu. Ermənilər and içib, söz verdilər ki, bu iki millət arasında yaradılan sülhü bir daha pozmayacaqlar. Beləliklə, beş gün davam edən qırğın ermənilərin məğlubiyyəti ilə başa çatdı. Bu qırğında 20 azərbaycanlı evi yandırıldı və onlarla müsəlman öldürüldü. Ermənilər tərəfdən isə yüzlərlə daşnak məhv edildi və onların yaşadıqları məhəllə, demək olar ki, tamamilə yandırıldı. Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin təbirincə desək, "Şuşada ermənilər müsəlmanlara bir zərbə vurdular, iki zərbə də özləri yedilər." Şuşada təxminən bir il nisbi sakitlik hökm sürdü. Lakin bu davada uduzan ermənilər öz acı məğlubiyyətləri ilə barışa bilmir, sönmüş ocağı körüklədib, alovlandırmağa çalışır, silahlı münaqişəyə yenidən başlamaq üçün bəhanə axtarırdılar. Əllərinə fürsət düşən kimi azərbaycanlıları qətlə yetirir, necə deyərlər, geyişən keçi buynuzlarını öz çobanlarının çomağına sürtürdülər. Kiçik terrorlardan bir nəticə hasil olmadığını görən erməni liderləri anlayırdılar ki, bu yolla azərbaycanlılara üstün gələ bilməyəcəklər. Ona görə də onlar münaqişəni qızışdırıb, beynəlxalq aləmə çıxarmaq üçün gizli surətdə irimiqyaslı hücumlara hazırlaşmağa başladılar. Qüvvə toplamaq üçün Türkiyəyə, İrana, İrəvana, Tiflisə, Gəncəyə, Bakıya və ermənilərin məskunlaşdıqları digər yerlərə məktublar göndərərək öz məqsədlərini açıqca bildirir və kömək göndərilməsini tələb edirdilər. Həmin vaxtdan da Qarabağdan kənarlarda yaşayan ermənilər müxtəlif yollarla öz dindaşlarına maddi və hərbi kömək göndərməyə başladılar. Birinci olaraq Tiflisdən onlarca erməni, hətta gürcü köməyə gəldi. Qarabağın, Zəngəzurun erməni kəndləri də yüzlərlə adamı silahlandırıb, Şuşaya yolladı. Az bir vaxtda onlar Qarabağın paytaxtında yeddi min nəfərlik müxtəlif silahlı dəstə və hərbi sursat yerləşdirdilər. Hətta şəhərə bir neçə döyüş topu da gətirdilər. Fil qulağında yatmış azərbaycanlıların isə başları alış-verişə elə qarışmışdı ki, qonşularının bu məkrli niyyətlərindən heç xəbərləri də olmamışdı. Bu qədər silahlı qüvvələri olmasına baxmayaraq, azərbaycanlılara sarsıdıcı zərbələr vurmaq üçün ermənilər rusların da köməyindən istifadə eləməyə çalışırdılar. Nəyin bahasına olursa-olsun, Şuşaya əlavə olaraq rus əsgərləri də gətirmək istəyirdilər. Ona görə də Şəhər Dumasının başçısı Kiki Kalantarovun sədrliyi ilə təcili olaraq bir məsləhət-məşvərət iclası çağırıldı və ermənilər bu çirkin planlarını həyata keçirmək üçün yollar arayıb-axtarmağa başladılar. Elə həmin vaxt şəhərə xəbər yayıldı ki, general Qoloşapov bir bölük qoşunla Şuşaya gəlir. Sevincdən çiçəkləri çırtlayan ermənilər bu fürsəti bir daha fövtə verməməyi qərara aldılar.