Məşədi Adil

Məşədi Adil Əbdülrəhim oğlu

Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu
Doğum tarixi
Doğum yeri Kürdəxanı, Bakı, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi qızdırma
Uşağı Mənzər
Atası Əbdülrəhim
Anası Zöhrə xanım Məhəmməd qızı

1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş.

Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.

Atası Şabran şəhərindən gəlmış Murad kişinin nəslindəndir, anası Zöhrə xanım Məhəmməd qızı Bakının Qobu kəndindən Sanalı tayfaındandır. Aılədə 7 qardaş 2 bacı olmuşlar. Adil 6-cı uşaq imiş. Məşədi Adil mədrəsə təhsili almışdı. Həyat yoldaşı Lalə Şahbaz qızı, Mənzər adlı bir qızları olmuşdur.

  • "Kürdəxanı" Bakı "Qarabağ" 2008.