Məşədi Bəylər Hacı İbrahim oğlu Fəttahov (1867-?), II gildiya tacir, xeyriyyəçi
Məşədi Bəylər Fəttahov | |
---|---|
Məşədi Bəylər Hacı İbrahim oğlu Fəttahov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat yeri | Şuşa |
Hacı Ibrahimin böyük oğlu Bəylər 1867-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər məktəbində oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Xeyriyyəçi bir şəxsiyyət idi. O, ağsaqqal yardımsevər övladı kimi hər yerdə öz ailəsinə üz ağlığı, baş ucalığı gətirmişdi. İstər Şuşa, Qaryagin məsçidinin abadlaşmasında, istər də Qarabağ düzünə su çəkilməsində Bəylər Fəttahov xüsusi fəallıq göstərmişdi. Qarabağ camaatının xeyir-şərində, o həmişə hamıya nümunə olmuşdur.