Məşhəd metropoliteni

Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir.

Məşhəd metropoliteni
Loqonun şəkli
Təsvir
Ölkə İran İran
Yerləşməsi Məşhəd
Açılış tarixi 24 aprel 2011-ci ildə
Saytı murco.ir
Marşrut şəbəkəsi
Stansiyaların sayı 24
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir. Rəsmi olaraq isə 24 aprel 2011-ci ildə fəaliyyətə başlamışdır.

20 fevral 2017-ci ildə ikinci xəttin ilkin mərhələsinin açılışı edilmişdir.

Uzunluğu 22.5 kilometrdir və 24 stansiyadan ibarətdir. Xəttin ilk istifadəyə verildiyi dövrlərdə isə stansiyaların sayı 22 olmuşdur. Bu stansiyalardan da cəmi 13-ü yeraltı stansiyalar olmuşdur. Xətt boyunca qatarların hərəkət müddəti 30 dəqiqədir. Xətt şəhərin şərqindəki Nahrisi rayonundan başlayır və şəhərin cənub-qərbini əhatə edən Vəkilabad rayonuna qədər uzanır.

Planlanan və inşa edilən xəttlər

[redaktə | mənbəni redaktə et]

Növbəti - ikinci xəttin uzunluğu 14 kilometr olacaq. Bu xətt 13 stansiyanı birləşdirəcək və şəhərin şimalından cənubuna doğru uzanacaq. Kuhsəngi və Təbərsi rayonlarını bieləşdirəcək. Bu xəttin böyük bir hissəsi artıq inşa edilmişdir. Artıq metropolitenin üçüncü xəttinin də inşasına başlanılmışdır.

  • İkinci xətt - ilk mərhələdə 20 feral 2017-ci ildə açılmışdır və hazırda uzunluğu 8 kilometr olmaqla 6 stansiyanı birləşdirir.[1]
  1. "Arxivlənmiş surət". 2010-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.