Məşhurların şəkillərinin sızması (2014)

Cennifer Lourens

Məşhurların şəkillərinin sızması və ya "Feppeninq" — 2014-cü il avqustun 31-də baş vermişdir. Əksəriyyəti qadınlara məxsus lüt şəkilləri Apple şirkətinə məxsus iCloud bulud sisteminə hakerlərin hücumu nəticəsində əldə olunub.[1] Məşhurların sırasında Kirsten Danst, Keyt Apton, Cennifer Lourens, Meri Elizabet Uinsted və s. qadınlar olub (güman edilir ki, onların arasında Kim Kardaşyan da var[2]). Cəmi yüzdən artıq məşhurun çılpaq şəkillərini yayılıb. Məşhurların əldə edilmiş faylları arasında bir neçə video da var. Məşhurların özəl fayllarını yaymış haker "TehSemyonov" internet ləqəbi ilə tanılır.[3] Müğənnilərdən Viktoriya CastizAriana Qrande kimi bəzi məşhurlar bəyan ediblər ki, əldə edilmiş şəkillər onlara aid deyil.[2] Sentyabrın 2-də "Apple" bildirib ki, bəzi məşhurların internet hesabları, istifadəçi adı, parolu və təhlükəsizlik sualları hücüma məruz qalmışdır.

Şəkillər əvvəlcə anon-ib, Reddit və and 4chan internet saytlarında yerləşmişdi. Şəkillərin çoxu Pirate Bay torrent saytına da yüklənilib.

  1. "News.milli.az". 2014-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.
  2. 1 2 "BBC". 2014-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.
  3. "News.lent.az". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.