Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Məcburi sterilizasiya şəxsin bioloji nəsilartırma qabiliyyətindən onun razılığı olmadan və tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan məhrum edilməsində ifadə olunur. Burada tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi onun hər hansı formada razılığı əsasında olmuş və bu razılıq aldatma formasında baş vermişdirsə, təbii ki, buna heç bir halda bəraət qazandırıla bilməz. Məcburi sterilizasiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 7-ci maddəsinin g) bəndində insanlıq əleyhinə cinayət kimi öz əksini tapmışdır. Statutun 8-ci maddəsində də məcburi sterilizasiyadan bəhs olunur, lakin insanlıq əleyhinə cinayət kimi yox, müharibə cinayəti kimi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 8-ci maddəsinin (2) a) bəndinin II variantında bioloji eksperimentlər də daxil olmaqla işgəncələr, yaxud qeyri-insani rəftar və 2-ci hissənin e) bəndinin VI variantında, o cümlədən 4 Cenevrə Konvensiyalarının konkret müddəalarının pozulması olan zorlama, seksual kölə kimi istifadə etmə, fahişəliyə məcburetmə, 7-ci maddənin 2 (1) bəndinə müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi sterilizasiya və bütün digər növ seksual zorakılıqlar müharibə cinayətləri kimi göstərilmişdir. Bu əməlin müharibə cinayəti kimi tövsif olunmasına əsas verən hallar BHH normalarının və Cenevrə Konvensiyalarının pozulmasıdır. Lakin burada məcburi sterilizasiya insanlıq əleyhinə cinayət kimi nəzərdən keçirilir. Odur ki, məcburi sterilizasiya həm müharibə dövründə, həm də dinc dövrdə genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi kimi mülki əhaliyə qarşı baş verdiyi halda insanlıq əleyhinə cinayət hesab olunur. Məcburi sterilizasiya insanlıq əleyhinə cinayət kimi aşağıdakı tərkib elementlərinə malikdir :