Məcid Musazadə

Məcid Musazadə-Qarsalanlı (191417 iyul 1990) Muhacir

Məcid Musazadə
Doğum tarixi 1914
Vəfat tarixi 17 iyul 1990(1990-07-17)
Fəaliyyəti hərbi qulluqçu

Bakıda anadan olub və BDU-nun ədəbiyyat fakültəsini bitirib.

"Amerika Azərbaycan Cəmiyyəti" 1951-ci ildə əski legionçulardan Məcid Musazadə tərəfindən qurulmuş, ətrafında əsasən müharibədən sonra ABŞ-yə mühacirət etmiş legionçuları cəmləşdirmişdi. Cəmiyyət Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən mühacirlərlə məktublaşmalar vasitəsilə əlaqə saxlayırdı.[1]

Əli və Nino Azərbaycan dilinə ilk dəfə 1972-ci ildə ixtisarla Məcid Musazadə tərəfindən çevrilib və o vaxt Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən "Azadlıq radiosu" vasitəsilə il yarım ərzində hissə-hissə dinləyicilər üçün səsləndirilib.[2]

M. Musazadə tarixi faktlara istinadən göstərir ki, Qarabağ heç zaman ermənilərin olmamışdır, nə indi, nə qədim dövrlərdə. Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki, eramızdan əvvəl 4-cü əsrədək bu ərazidə heç zaman ermənilər olmayıb.

Qarabağ erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi və qayğısı nəticəsində Türkiyədən və İrandan gəliblər. M. Musazadə elmi əsərində alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə yazdığı "Ermənistan yeni dövrdə" məqaləsinə istinadla yazırdı: "Böyük Ermənistan"ın mövcudluğu iddiası əsaslı deyil və elmi axtarışlar tələb edir". O, Qarabağ ermənilərinin əsassız tələblərinə belə münasibət bildirir: "Qarabağ erməniləri deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən unudulub, istismar olunub. Faktlar isə əksini deyir. Qarabağda 126 000 erməni yaşayır (Nyu-York Tayms. 11.03.1988).

Sonuncu illərin rəsmi məlumatına görə, Qarabağda 1715 çarpayılıq xəstəxana, 286 həkim, 1470 nəfər orta tibb işçisi var. Vilayət mineral bulaqlar, isti sular, sanatoriya və istirahət mərkəzləri ilə zəngindir. Qarabağın 234 məktəbində 38 000 erməni məktəblisi oxuyur. Burada bir çox teatr, milli xor və rəqs qrupu, 3 muzey və 178 kinoteatr vardır. Stepanakertdə, eləcə də 4 rayonda erməni dilində qəzetlər çıxır, erməni dilində radio verilişləri gedir. Onlar şikayət edirlər ki, universitetləri yoxdur, lakin harada görünüb ki, 126 000 əhali üçün universitet olsun?"

M. Musazadənin bu dəyərli əsəri Əlimuxtar Ordubadinin 1990-cı ildə Parisdə fransız dilində hazırlayıb Monrealda nəşr etdirdiyi "Qafbüro, Dağlıq Qarabağ, Stalin" kitabında çap olunub, bir çox ölkələrdə yayılıb. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və ərazi bütövlüyümüzün qorunması baxımından bu əsərin əhəmiyyəti böyük idi.

Nəsiman Yaqublu yazır ki, M. Musazadənin şəxsi arxivində Qarabağ hadisələri ilə bağlı BMT-nin Baş katibi Peres de Heylerə və Türkiyənin o zamankı prezidenti Turqut Özala ünvanladığı məktublar da var. M. Musazadənin 90-cı illərdə Azərbaycana göndərdiyi, müəllifi müharibədə həlak olmuş H. Haqverdiyevin hazırladığı "Nizami" portreti mədəniyyətimizə onun qəlbən bağlılığının nəticəsidir.[3]

  1. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
  2. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
  3. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.