Məcid ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı.
Məcid ağa Şəkibəyov | |
---|---|
Yaqublu Məcidağa Məhəmməd ağa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şah talası, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
Çətindərə yaylağı, Gədəbəy rayonu Azərbaycan SSR, SSRİ |
Uşaqları | Cəmşid ağa, Ənvər,Şamaya,Bəsdi,Xeyransa |
Atası | Məhəmməd ağa |
Milliyyəti | azərbaycanlı |
Məcid ağa Şəkibəyov XIX əsrin sonlarında (1880) indiki Gədəbəy rayonunda anadan olmuşdur. Tiflisdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Ömrünün sonlarınacan Gədəbəy rayonunun Novoivanovka kəndində çar naçalniki vəzifəsində işləmişdir. Öz ana dilindən başqa rus, gürcü və erməni dillərini mükəmməl öyrənmişdir[1].
1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini — üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir. Sonda silah-sursatının tükəndiyini görən ağa ölümü təslimçilikdən uca tutaraq, tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son iki gülləsini özünə vuraraq, intihar etmişdir.
Məcid ağa Şəkibəyov haqqında bir çox yazıçı və şairlər - mərhum şair İlyas Tapdıq, Dəmir Gədəbəyli, Çingiz Dalğın ("Üç kəlmə, üç güllə") şeirlər, poemalar yazmışlar. Onun keçdiyi keşməkeşli, son dərəcə mənalı, ibrətamiz həyat yolu haqqında ən böyük əsəri ("Şah ölüm") isə, tanınmış yazıçı, şair, bəstəkar, müğənni Zəka Vilayətoğlu qələmə almışdır. Oxucuların böyük marağına səbəb olan bu irihəcmli, məşhur, oxunaqlı və Azərbaycan ədəbiyyatı və tarixi üçün son dərəcə əhəmiyyət kəsb edən "Şah ölüm" romanı ayrı-ayrı vaxtlarda bir neçə dəfə təkrar nəşr olunmuş, əl-əl gəzmişdir. Həmçinin Zəka Vilayətoğlu, bu xalq qəhrəmanı haqqında "Soruşdum dağlardan..." adlı mahnı da bəstələyib, ifa etmişdir.[2]
Məcid ağanın böyük oğlu Cəmşid ağa Bayıl türməsində güllələnmə ilə öldürülmüşdür. Ağanın kiçik oğlu Ənvəri isə Şura Hökuməti, o, azyaşlı olduğu üçün öz himayəsinə götürmüşdür. Ənvər Azərbaycan Tibb Universitetində təhsil alıb[3]. Qızları Xırdaxanım, Xeyransa xanım, Bəsti xanım və Səmayə xanım ömürlərinin sonlarınadək Gədəbəy Rayonunun Çobankənd, Kiçik Qaramurad, Yaqublu kəndlərində yaşamışlar.
Məcid ağanın, Manya adlı rus əsilli ikinci xanımından isə bir qız və bir oğlu dünyaya gəlmiş, ağanın ölümündən sonra onlar, anaları ilə birgə Qazxstana sürgün edilmişlər. Sürgündə qızı aclıqdan ölmüş, azyaşlı oğlu İsanı isə Manya, Məcid ağanın yadigarı kimi birtəhər qoruyub ölümdən xilas etmişdir. Xoşbəxtlikdən, vaxtilə Məcid ağa ilə dostluq etmiş, sonradan Şura Höküməti tərəfə keçərək, çekist kimi fəaliyyət göstərən Qazəli oğlu Rüstəm öz səlahiyyətlərindən istifadə edərək böyük sədaqət göstərmiş, onları sürgündən xilas edilmişdir. Onlar Qazxstandan Azərbaycana qaytarılaraq Daşkəsən rayonunda yerləşdirilmişlər. İllər sonra İsa Bakıya köçərək ömrünün sonlarınacan ailəsi ilə birgə Bakıda yaşamağa başlamışdır.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |