Məcidli məhəlləsi

Xankəndi məhəllələriXankəndi şəhərinin məhəllələri.

Aşağı məhəllə

[redaktə | mənbəni redaktə et]

Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi.

Biləndərlilər məhəlləsi

[redaktə | mənbəni redaktə et]

Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir. Məhəllədə 70-dən çox ev var. SSRİ dönəmində məhəllə sakinlərinin 75%-i azərilər olmuşdur. Məhəllə Yağlıtəpənin yamaclarında yerləşir. Burada Biləndərlilər tayfasının nümayəndələri yaşadıqları üçün, Biləndərlilər məhəlləsi adlandırılıb. Qeyd edək ki, Biləndərli tayfası ərəb mənşəlidir. Onlar QarabağŞirvan mahalına 11-ci əsrdə köç ediblər. Çox güman ki, bu tayfa ilk dəfə Qarabağın bu ərazisində məskunlaşmışdırlar.

Böyükbazar məhəlləsi

[redaktə | mənbəni redaktə et]

Xankəndinin kənarında yerləşən bu məhəllə XII əsrdə yaranmışdır. Əhalisinin çox hissəsi Şuşalılar, Kərkicahanlılar, Kosalarlılar və Laçınlılar olmuşdur. Məhəllədə 1 bazar, 2 məscid (Alış və Böyükbazar məscidləri), 1 mədrəsə, 3 hamamxana, 1 gümbəz var idi. İşğal zamanı məscidlərdən biri partladılmışdır.

Xərratlar məhəlləsi

[redaktə | mənbəni redaktə et]

Xərratlar məhəlləsi XIII əsrdə yaranmışdır. Adından da bəlli olduğu kimi burada xərratlar, sənətkarlar yaşayırdılar. Məhəllə əvvəllər Kərkicahana aid idi. Lakin sonradan məhəllə ərazisi Xankəndi şəhərinin tərkibinə salındı. Məhəllədə Xərrat usta Qulu məscidi vardır.

Qoyqəşəm məhəlləsi

[redaktə | mənbəni redaktə et]

Bu məhəllə Xankəndinin ən kiçik məhəlləsi kimi məşhurdur. Digər məhəllələrdən fərqli olaraq, bu məhəllədə kümbəz yoxdur. Məhəllədə Qoyqəşəm qəbiristanlığı (qəbiristanlığdakı ən qədim qəbirlər V əsrə aiddir), X əsrə aid məscid, Qoşabulaq bulağı vardır. Qoyqəşəm məhəlləsi Qayabaşı və Saatlı məhəllələrinin arasında yerləşir.

Məcidli məhəlləsi

[redaktə | mənbəni redaktə et]

Xankəndinin 34 məhəlləsindən biri. Mərkəzdə yerləşirdi. Burada ilk yaşayış məskəninin tarixi XIII əsrə aiddir. Burada 41 ev, 1 hamam, 1 mədrəsə və Məcidli məscidi var idi. Təxmini olaraq 200 nəfərdən çox əhali bu məhəllədə yaşayırdı. Digərlərində olduğu kimi, bu məhəllədəki qədimi mülklərdə hazırda Ermənistan işğalçı rejimi tərəfindən məhv edilir.