Məcmu təklif

Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır[1]. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır:

  • Resurs qiymətləri;
  • Texnalogiya;
  • Gözləntilər.

Resurs qiymətləri

[redaktə | mənbəni redaktə et]

İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır.

Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.

Firmalar həm istehsal amilləri bazarını (xammal, əmək, kapital və s.), həm də istehsal etdiyi məhsulun daxil olduğu bazarını tədqiq edirlər. Əgər firmalar gələcəkdə qiymət artımı gözləyirlərsə, gələcəkdə daha yüksək təklif irəli sürmək üçün bugünkü təkliflərini azaldacaqlar. Qiymət artımı xammal və digər istehsal amillərinin dəyərini yüksəltdiyindən firmaların xərcləri artacaq və həmin dövrdə istehsal azalacaq. Yəni gələcəkdə gözlənilən qiymət artımı hər iki halda məcmu təklifi azaldır.

Qısamüddətli dövr

[redaktə | mənbəni redaktə et]

Qısamüddətli dövrdə qiymət səviyyəsi artdıqca firmalar bunu daha çox gəlir mənbəyi hesab edirlər və istehsalı yəni təkliflərini artırırlar. Bu da bütövlükdə məcmu təklifi artımına səbəb olur. Başqa sözlə, qısamüddətli məcmu təklif əyrisi yuxarı doğru meyllidir[1].

İqtisadi nəzəriyyədə məcmu təklif əyrisinin üfüqi olduğu bir dövr vardır. Bu dövrdəki əyriyə “anlıq məcmu təklif əyrisi” deyilir. Anlıq ifadəsinin işlədilməsində məqsəd bu dövrün firmaların qiymət dəyişikliyinə təsir göstərə bilməyəcəyi qədər qısa olmasıdır. Bu zaman firmalar cari qiymətdə bazarın tələbinə uygun istənilən miqdarda məhsul təklif edirlər. Şərti qiyməti anlıq olaraq sabit qəbul edildiyindən ISRAS üfüqi xətti bizə bu qiymət səviyyəsində məcmu təklif əyrisini göstərir. Bu anlıq dövr firmaların fəaliyyət göstərdiyi sektorlara uyğun olaraq bir neçə gün və ya bir neçə ay ola bilər. Əsas məsələ, bu dövr ərzində müəssisələrin aldığı xammalın və satdığı məhsulun qiymətində dəyişikliyin olmamasıdır.

Qısamüddətli dövrdə məcmu təklif əyrisində sürüşmələrin səbəbləri

[redaktə | mənbəni redaktə et]

Qısamüddətdə məcmu təklifdə artma və ya azalmaya səbəb olan amilləri aşağıdakı 4 qrupda cəmləşdirmək olar[1]:

  • Əmək haqqı səviyyəsi;
  • Digər istehsal amillərinin qiymətindəki dəyişikliklər;
  • Məhsuldarlıqda dəyişikliklər;
  • Təklif şokları.

Əmək haqqındakı dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Qısa müddətli dövrdə firmalar fəaliyyət göstərərkən sərmayə miqdarının dəyişmədiyi fərz edilir. Bu zaman xərclərin artımına əmək haqqı faktoru təsir edir. Əgər firmada çalışan işçilərin əmək haqqısında artım baş verərsə, bu zaman firmaların xərci artacaq və istehsal azalacaq. Bu da qısamüddətli təklif əyrisini sola doğru sürüşdürəcək.

Digər istehsal amillərinin qiymətindəki dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Hər nə qədər əmək fatorundan başqa digər xərclər nisbi sabit olsa da, onların qiymətlərindəki dəyişiklik məcmu təklifə təsir göstərir. Məsələn, neft qiymətlərinin azalması xərcləri aşağı endirəcək. Bu da istehsalın və məcmu təklifin artmasına səbəb olacaq.

Məhsuldarlığın dəyişməsi

[redaktə | mənbəni redaktə et]

Məhsuldarlıqdakı artım istehsalın daha səmərəli olmasına və xərclərin azalmasına səbəb olacaqdır ki, bu da istehsalı artıran bir amildir. Belə olduğu halda SRAS əyrisi sağa doğru hərəkət edəcəkdir.

Təklif şokları

[redaktə | mənbəni redaktə et]

Qısamüddətli təklif əyrisinin sürüşməsindəki səbəblərdən biri də təklif şoklarıdır. Bu şoklar yaratdığı iqtisadi təsirlərə görə, müsbət və mənfi şoklar olaraq iki yerə ayrılır. Müsbət təklif şoklarına iqlimdəki mülayimləşmə nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalındakı ani artım, mənfi şoklara isə bir çox ölkənin iştirak etdiyi müharibələr misal ola bilər. Müsbət təklif şokları SRAS əyrisini sağa, mənfi təklif şokları isə sola sürüşdürür.

Uzunmüddətli dövr

[redaktə | mənbəni redaktə et]

Uzunmüddətli dövrdə istehsal həm xammal və digət istehsal amilləri, həm də məhsul qiymətlərindən asılı deyildir. Uzunmüddətli dövr firma və sektordan asılı olaraq 1-2 həftə və ya bir neçə il ola bilər. Uzunmüddətli dövrdə məcmu təklif tam məşğulluq səviyyəsindədir. Bu dövrdə istehsal miqdarını istehsal amillərinin həcmi təyin edir. Məcmu təklif qrafikində bu dəyişənlər göstərilmədiyindən LRAS əyrisi şaqulidir. Yəni uzunmüddətli dövrdə məcmu təklif qiymətdən asılı deyil[1].

Qrafikdə uzunmüddətli məcmu təklif (LRAS) əyrisi potensial istehsal səviyyəsi kimi qəbul olunan nöktəsindən başlayaraq, qiymət (P) oxuna paralel düz xətt şəklində göstərilmişdir. Bütün resursların tam istifadə edildiyi üçün istehsal öz potensial səviyyəsinə yüksəlir. Texnalogiyadakı inkişaf və ya istehsal amillərindəki real artım ÜDM-in potensial səviyyəsini yüksəldir. Bu isə uzunmüddətli məcmu təklif əyrisinin yerini dəyişməsinə səbəb olur və əyrisi əyrininə doru sürüşür.

  1. 1 2 3 4 "Arxivlənmiş surət". 2018-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-02.