Mədəaltı vəzi lipaza ailəsi

Bir triqliseridin hidrolizi 1

Mədəaltı vəzi lipaza ailəsi — Triqliserid lipazları triqliseridlərin əlaqələrini hidroliz edən lipolitik fermentlər ailəsidir.Lipazlar heyvanlarda, bitkilərdəprokariotlarda geniş yayılmışdır[1].

Lipaza ən azı üç toxuma ali məməlilərdə, mədəaltı vəzi, qaraciyərmədə, dildə mövcuddur. Bu lipazlar bir-biri ilə və xilomikronların triqliseridlərini və çox aşağı sıxlıqlı lipoproteinləri hidroliz edən lipoprotein lipaza ilə sıx bağlıdır[2][3].

İnsan mədəaltı vəzi lipazı

[redaktə | mənbəni redaktə et]

Pankreatik triqliserolipaza və ya steapsin kimi də tanınan pankreatik lipaz, mədəaltı vəzi tərəfindən ifraz olunan bir fermentdir[4]. İnsan həzm sistemində pəhriz yağ molekullarını hidroliz edən (parçalayan) əsas lipaza fermenti olaraq, yeyilmiş yağlarda olan 1 kimi triqliserid substratlarını monoqliseridlərə çevirən əsas həzm fermentlərindən biridir[5].

Triqliseridlərin hidrolizi

[redaktə | mənbəni redaktə et]

Qaraciyər tərəfindən ifraz olunan və öd kisəsində saxlanılan öd duzları onikibarmaq bağırsağa buraxılır, burada böyük piy damcılarını örtür və daha kiçik olanlara emulsiyalaşdırır, bununla da ümumi piy səthinin sahəsini artırır, bu da lipazanın piyləri daha effektiv şəkildə parçalamasına imkan verir[6]. Nəticədə meydana gələn monomerlər (2 sərbəst yağ turşusu və bir 2-monoasilqliserol) sonra laktifer adlanan xüsusi damar vasitəsilə limfa sisteminə sorulmaq üçün nazik bağırsaq boyunca peristaltika ilə nəql olunur.

Proteolitik parçalanma (məsələn, tripsinogen) ilə aktivləşdirilən bəzi pankreas fermentlərindən fərqli olaraq, pankreas lipazı son formada ifraz olunur. Lakin, yalnız onikibarmaq bağırsaqda kolipazın iştirakı ilə təsirli olur[7].

Diaqnostik dəyər

[redaktə | mənbəni redaktə et]

Pankreatik lipaza mədəaltı vəzinin kanal sistemi vasitəsilə onikibarmaq bağırsağa ifraz olunur. Onun serum konsentrasiyası adətən çox aşağı olur[8] . Pankreatit və ya mədəaltı vəzin adenokarsinoması kimi ciddi şəkildə pozulmuş pankreas funksiyası zamanı mədəaltı vəzi avtolizə başlaya və pankreas fermentlərini, o cümlədən pankreas lipazını seruma buraxa bilər. Beləliklə, serum pankreas lipazının konsentrasiyasını ölçməklə kəskin pankreatit diaqnozu qoyula bilər[9] .

Orlistat kimi lipaz inhibitorları obezitenin müalicəsində istifadə edilə bilər[10].

  1. Chapus C, Rovery M, Sarda L, Verger R. "Minireview on pancreatic lipase and colipase". Biochimie. 70 (9). 1988: 1223–1234. doi:10.1016/0300-9084(88)90188-5. PMID 3147715.
  2. Persson B, Bengtsson-Olivecrona G, Enerback S, Olivecrona T, Jornvall H. "Structural features of lipoprotein lipase. Lipase family relationships, binding interactions, non-equivalence of lipase cofactors, vitellogenin similarities and functional subdivision of lipoprotein lipase". Eur. J. Biochem. 179 (1). 1989: 39–45. doi:10.1111/j.1432-1033.1989.tb14518.x. PMID 2917565.
  3. Lunder, M.; Bratkovič, T.; Kreft, S.; Štrukelj, B. "Peptide inhibitor of pancreatic lipase selected by phage display using different elution strategies". Journal of Lipid Research. 46 (7). 2005: 1512–1516. doi:10.1194/jlr.M500048-JLR200. PMID 15863836.
  4. Blow D. "Enzymology. More of the catalytic triad". Nature. 343 (6260). 1990: 694–695. Bibcode:1990Natur.343..694B. doi:10.1038/343694a0. PMID 2304545.
  5. McLean J, Fielding C, Drayna D, Dieplinger H, Baer B, Kohr W, Henzel W, Lawn R. "Cloning and expression of human lecithin-cholesterol acyltransferase cDNA". Proc. Natl. Acad. Sci. U.S.A. 83 (8). 1986: 2335–2339. Bibcode:1986PNAS...83.2335M. doi:10.1073/pnas.83.8.2335. PMC 323291. PMID 3458198.
  6. Peter Nuhn: Naturstoffchemie, S. Hirzel Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart, 2. Auflage, 1990, S. 308−309, ISBN 3-7776-0473-9.
  7. Davis RC, Diep A, Hunziker W, Klisak I, Mohandas T, Schotz MC, Sparkes RS, Lusis AJ. "Assignment of human pancreatic lipase gene (PNLIP) to chromosome 10q24-q26". Genomics. 11 (4). December 1991: 1164–6. doi:10.1016/0888-7543(91)90048-J. PMID 1783385.
  8. "Entrez Gene: pancreatic lipase". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  9. "US orlistat label" (PDF). FDA. August 2015. 28 February 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 April 2018. For label updates see FDA index page for NDA 020766 Arxivləşdirilib 2021-03-23 at the Wayback Machine
  10. Koop H. "Serum levels of pancreatic enzymes and their clinical significance". Clin Gastroenterol. 13 (3). September 1984: 739–61. doi:10.1016/S0300-5089(21)00756-2. PMID 6207965.