Mədəni silsilələr nəzəriyyəsi

Mədəni silsilələr nəzəriyyəsi — tarixi-mədəni inkişafda labüd təkrarlanma haqqında təlim, müqayisəli-tarixi metodun böhranı nəticəsində meydana gəlmişdir. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində müqayisəli təhlilin meyarları haqqında məsələ kəskin qoyulmuşdur. Daha aydın görünürdü ki, tarixi müqayisələr və analogiyalar bir qayda olaraq proseslərin məzmunu deyil, onların yalnız baş verməsi formasını nəzərdə tutur. Bu nəzəriyyənin tərəfdarları(Şpenqler, Toynbi) göstərirdi ki, tarixdəki daxili asılılıqlar məhz tarixi proseslərin baş verməsi formasında bunları səciyyələndirən "ümumi mədəniyyət üslubunda" ifadə olunur.Onların fikrincə tarixi analogiyalar əsaslandırmaya möhtac deyildir, özlüyündə dəqiq və səhihdir.[1]

  1. "Fəlsəfə", Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi, 1997, səh. 276