Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mədəniyyət — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti.[1]
Mədəniyyət | |
---|---|
Format | A3 |
Təsisçi | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Baş redaktor | Vüqar Əliyev |
Yaranma tarixi | 2 yanvar 1991 |
Dil | Azərbaycan dili |
Qiymət | 30 qəpik |
Səhifə | 8 |
Ünvan | AZ1073. Bakı ş. Moskva pros.1, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. 2-ci mərtəbə. |
Tiraj | 2000 |
medeniyyet.az |
"Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.[2]
Azərbaycanın mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir.[2]
Qəzet həftədə iki dəfə (çərşənbə və cümə günləri) çıxır.[2]