Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (17 oktyabr 1949, Bakı – 2016) — Azərbaycan alimi, dilçi, türkoloq, filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun direktor müavini.
Məhəbbət Mirzəliyeva | |
---|---|
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva | |
Doğum tarixi | 17 oktyabr 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 2016 |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmlər doktoru |
İş yerləri | |
Təhsili |
Məhəbbət Mirzəliyeva 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971–1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. 1972-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.
Məhəbbət Mirzəliyeva 1975–1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981–1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır.
2002-ci ilin yanvarında AMEA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2013–2015-ci illərdə AMEA Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır[1].. 2015-ci ilin may ayından yenidən institutun türk dilləri şöbəsinə rəhbərlik edir.
Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 2016-cı ild' vəfat etmişdir[2].
Məhəbbət Mirzəliyevanın elmi rəhbərliyi ilə 9 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hal-hazırda 4 elmlər doktoru, 6 fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantın elmi rəhbəridir. Onlarlarla elmi monoqrafiyanın redaktoru və rəyçisi, eləcə də, 1998–2010-cu illərdə "Tədqiqlər" toplusunun baş redaktoru olmuşdur. 2012-ci ildən yenidən nəşrə başlamış "Tədqiqlər"in baş redaktorudur. 2002-ci ildən İnstitutda fəaliyyət göstərən Bakı Dilçilik Məktəbinin rəhbəridir. 2002–2012-ci illərdə Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən müdafiə şurasının üzvü olmuşdur. 2012-ci ildən isə AMEA Dilçilik İnstitutu nəzdindəki müdafiə şurasının üzvüdür.
2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilmə Şurası Dilçilik üzrə Problem Şurasının elmi katibidir.
Elmi fəaliyyətlə paralel surətdə Məhəbbət Mirzəliyeva 1991–1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1996–2000-ci illərdə isə Azərbaycan Xarici Dillər Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi işləmişdir. 1996–2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
Ankara (2008), Pekin (2008), İzmir (2010 mart və dekabr), Tekirdağ (2010), Ədirnə (2011) və İstanbulda (2012) keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.
2 elmi monoqrafiya, 1 şer kitabı, 80 elmi məqalə və tezisin müəllifi, 4 kollektiv monoqrafiyanın həmmüəllifidir.