Məhəmmədəli xan Qullarağası

Məhəmmədəli xan Qullarağası (Cənubi AzərbaycanMəşhəd) — Səfəvi şahı II Təhmasibin sədrəzəmi, Fars valisi, səfir.

Məhəmmədəli xan Qullarağası
 
12 oktyabr 1726 – 13 noyabr 1729
ƏvvəlkiFətəli xan Qovanlı-Qacar
SonrakıNadirqulu bəy Əfşar
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat yeri Məşhəd, Xorasan, Səfəvilər
Fəaliyyəti məmur

Nadir şahın sərkərdəlik, ölkəni idarə etmək fəaliyyətinin bilavasitə istirakçısı olmuş və onun diplomatik missiyasını yerinə yetirmiş Aslan xan Qullarağasının oğlu Məhəmmədəli xan II Şah Təhmasibin dövründə atasının mötəbər vəzifəsində olmuşdur. O da diqqət cəlb edir.

Təhmasibqulu xan (Nadir şah) 1729-cu ildə Fars vilayətini əfqanlardan təmizlədikdən sonra şahın göstərişi ilə Məhəmmədəli xanla birlikdə həmin vilayətə göndərilmişdi. O, Şirazda olarkən buraya gəlmiş Məmmədəli xana Şiraz şəhərinin abadlığı ilə məşğul olmağı tapşırdı. Məhəmmədəli xan beş ildən artıq bir müddətdə Fars valisi oldu. O, əfqanlar tərəfindən dağıdılmış yerləri bərpa etdirdi və onun səy və bacarığı nəticəsində Şiraz əvvəlki vəziyyətinə qayıtdı. Məhəmmədəli xan 1733-cü ildə yenidən İran dövlətinin nümayəndəsi kimi Hindistana gondərildi və bir diplomat olaraq Bəndər-Abbas yolu ilə Məhəmməd şahın sarayına yola düşdü. Təəssüf ki, onun sonrakı fəaliyyəti barədə məlumat yoxdur.