Məhəmməd Əliyev (Azərbaycan Respublikası) — azərbaycanlı rəssam.
Məhəmməd Əliyev | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Üzvlüyü |
Məhəmməd Əliyev 1986-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1990-cı ilin qanlı yanvar günlərində "Ruhların səsi" adlı tablosu baş verənlərə etiraz əlaməti olaraq Bakı metrosundan asılıb. 1991-ci ildə Sankt-Peterburq Dövlət Muzeyi onun "Sevgililər" adlı rəsm əsərini yüksək qiymətə alıb.
Əsərləri o, Türkiyəyə köçərək, burada yaşamağa başladıqdan sonra daha böyük marağa səbəb olub. Ən qısa zamanda onun rəsmləri ABŞ, İngiltərə, Avstriya, Almaniya və Fransada sərgilənib, öz modernist üslubu ilə müəllifinə şöhrət gətirməyə başlayıb.
O, həm rəssam, həm heykəltaraş, həm keramikaçı, həm də qrafikdir. Türkiyədə yaşamağa başladıqdan sonra Azərbaycanda yalnız bir dəfə — 2007-ci ilin payızında sərgisi açılıb.. Həmin vaxt Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda təşkil edilən nümayişdə rəssamın 60-dək əsəri təqdim olunub.[1]