Məhəmməd Kərim (1 may 1995[2]) — Pakistanlı dağ-xizək idmançısı. Məhəmməd Kərim Pakistanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Qış Olimpiya Oyunlarında iştirak edən ikinci Pakistanlı idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir.[3][4][5][6]
Məhəmməd Kərim | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Məhəmməd Kərim |
Vətəndaşlığı | Pakistan |
Doğum tarixi | [1] |
İdman növü | Dağ-xizək idmanı |
19 dekabr 2016 tarixində yenilənib. |
Kərim öz debütünü Hindistanda təşkil edilən 2011 Cənubi Asiya Qış Oyunlarında etmişdir.[1] 2013/2014 mövsümü ərzində o, İran və Türkiyədə keçirilən FİS turnirlərində iştirak etmişdir. Onun ən yaxşı nəticələri slalom üzrə 18-ci, böyük slalom üzrə isə 13-cü pillədir.[1]
Məhəmməd Kərim birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 3:27.41 saniyəlik nəticəsi ilə 109 atlet arasında 71-ci yeri tutdu.[7]