Məhəmməd Məmmədov (gizir)

Məhəmməd Bilal oğlu Məmmədov (15 dekabr 1995; Biləsuvar rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı.[1]

Məhəmməd Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağalıkənd, Biləsuvar, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Ağalıkənd, Biləsuvar, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri —2022
Rütbə Gizir
Döyüşlər Vətən müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Cəsur döyüşçü" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Məmmədov 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Məhəmməd Məmmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli, XocavəndŞuşaistiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Məhəmməd Məmmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.