Məhəmməd Nərimanoğlu

Məhəmməd Nərimanoğlu (tam adı:Sadıqzadə Məhəmməd Nəriman oğlu) —

Həyatı[redaktə | mənbəni redaktə et]

1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır.

1976-1978-ci illərdə keçmiş SSRİ-nin Krasnoyarsk vilayətində hərbi xidmətdə olub. 1980-1987-ci illərdə Kəlbəcər rayon mədəniyyət Şöbəsində və Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində, 1993-cü ilin aprel ayınadək Kəlbəcərdə çıxan "Yenilik" qəzetində (korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-95-ci illərdə "Respublika", 1995-2002-ci illədə "Yeni Azərbaycan" qəzetlərində məsul katib, sonralar "Gələcək", "7-ci qitə", "Yeni bəşər", "Ozan" qəzetlərinini redaktor və baş redaktor vəzifələrində çalışmış, 2002-ci ildən 2010-cu ilin aprel ayınadək "Vətən səsi" qəzetinin şöbə müdiri olmuşdur. Həmin tarixdən Milli Məclisin orqanı olan rəsmi dövlət qəzetində – "Azərbaycan"da çalışır.

Ədəbi yaradıcılığı hələ orta məktəb illərindən başlamış, dövri mətbuatda müxtəlif janrlarda çoxsaylı məqalələri dərc edilmişdir. 1994-cü ildə ilk kitabı "Dağların sinə dağı" ("Azərbaycan" nəşriyyatı), 1995-ci ildə "Yurd göynərtisi" ("Azərbaycan" nəşriyyatı), 1996-cı ildə "Ümid işığı" ("Səda" nəşriyyatı), 1998-ci ildə "Dədə ocağı"("Gənclik" nəşriyyatı), "Qanlı köynəklər", "Qiyamətə qalan qisas", 2001-ci ildə "Kəlbəcər – Azərbaycanın qala qapısı", "Şərəfli ömürlərin işıqlı yolları" ("Təfəkkür" nəşriyyatı),2005-ci ildə "Kəlbəcər dünyası- yüz şairin bir kitabı", 2006-cı ildə "Kəlbəcər: sazın-sözün harayı", 2008-ci ildə "Astara Azərbaycanın cənub mirvarisidir", 2009-cu ildə "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası", 2010-cu ildə "Kəlbəcər dünyası: folklor nümunələri", "Ağdaban faciələri" (beş dildə -azərbaycan, rus, ingilis, ərəb və fransız), "Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı" ("Adiloğlu" nəşriyyatı, 2011-ci ildə "Kəbədə möcüzə" kitabları nəşr edilmiş, "Heydər Əliyev: Kəlbəcərin sərvətləri zəngin, insanları fədakardır" və sair kitabları çapa hazırlanmışdır. Yüzlərlə kitabın naşiri və redaktorudur. Bir sözlə, 30-dək ədəbi-bədii kitabın müəllifi yüzlərlə müəllifin kitablarının redaktoru, "Yenilik Press" qəzetinin təsisçisidir. Avrasiya Senet Kültür ve Bilim Federasiyonunun, Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür. Atası Sadıqov Nəriman Ələkbər oğlu 1924-cü ildə Kəlbəcərdə anadan olmuş, 1993-cü ildə erməni təcavüzünün qurbanı olmuşdur.

Anası Sadıqova Güllər Məmməd qızı 1928-ci ildə Kəlbəcərdə anadan olmuş, 2005-ci ildə vəfat etmişdir. 1998-ci ildə "Qəriblər ağısın oxuyan durna" və 2006-cı bldə "Orda açıb, burda solan bir güləm" şeirlər kitabları nəşr edilmişdir.

Ailəlidir, iki oğlu (Sənan Sadıqzadə və Kənan Nərimanlı) var. Sanan Sadıqzadə Azərbaycan Texniki Universitetini bitirmişdir,hərbi mükəlləfiyyəti leytenantdır( ehtiyatda olan zabit ), Hal- hazırda "Azərbaycan Dəmir Yolu" ASC-də çalışır. Kənan-Nəriman isə Azərbaycan Texnologiya Universitetinin bakalavr, Azərbaycan Dövlət Aqrar Universitetinin magistr pilləsini bitirb, hal- hazırda Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində çalışır. Ailəlidir.

Həyat yoldaşı Sadıqzadə Gülbəniz Vəli qızı mətbuat orqanlarında və istehsalat sahələrində çalışıb, hazırda evdar qadındır.

Kəlbəcərin Ermənistan tərəfindən 1993-cü ilin aprel ayından işğal edildiyi üçün ailəsi Bakı şəhərində məskunlaşıb.