Məhəmməd Rza Şəcərian (fars. 23 sentyabr 1940, Məşhəd[3] – 8 oktyabr 2020[1][2][…], Tehran[4]) – İranlı musiqiçi, klassik fars musiqisi və muğam ifaçısı.[5] İranın ən böyük muğam ifaçılarından biri[6] və İran ənənəvi musiqisinin tanınmış ustası hesab olunub.[7]
Məhəmməd Rza Şəcərian | |
---|---|
fars. مُحمَّدرضا شجریان | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2020[1][2][…] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək xərçəngi[d] |
Uşaqları | 5 (Hümayun Şəcərian daxil olmaqla) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, xəttat, musiqi pedaqoqu, bəstəkar, səsyazma sənətçisi[d], qari |
Fəaliyyət illəri | 1959–2016 |
Musiqi aləti | tenor |
Səs tembri | tenor |
mohammadrezashajarian.com naslemusic.com/… |
|
Vikianbarda əlaqəli mediafayllar |
1940-cı ildə Məşhəd şəhərində anadan olub.[6]
2004 və 2006-cı illərdə Qremmi mükafatına namizəd olub.
7 oktyabr 2020 Tehrandakı Cəm Xəstəxanasında, uzun sürən böyrək xərçəngi xəstəliyindən vəfat edib.[5] 10 oktyabr 2020-ci ildə Məşhəddəki Firdovsi məqbərəsində dəfn olunub.[7] Ölümü ilə əlaqədar olaraq, UNESCO-nun Baş direktoru, Odri Azulay İran İslam Respublikasının UNESCO-dakı səfirinə və Daimi Nümayəndəsinə: - "Məhəmməd Rza Şəcərianın irsi ürəklərdə və zehnlərdə yaşayacaqdır." deyə müraciət ünvanlayıb.[8]