Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir.
Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir. Tarixçi İvanov iddia edir ki, Məhəmməd Zaman Romaya getməmiş, İsfahandakı italyan rəssamlardan dərs almışdır. Ona görə, guya Məhəmməd Zamanın katolikliyi qəbul edəcəyi Romaya rəssamlıq dərsi almaq üçün göndərilməsi sadəcə rəngli bir əfsanədən ibarətdir və həqiqəti əks etdirməməkdədir. Bildirilir ki, məşhur italyan həkim və səyyah Nikkolao Manucci moğol sarayında olarkən, Övrəngzibin sarayında Məhəmməd Zamanla tanış olmuşdur.
-
Məhəmməd Zaman tərəfindən çəkilmiş "Mavi Süsən" rəsmi.
Bruklin muzeyində saxlanmaqdadır..
-
1680-ci ildə Məhəmməd Zaman tərəfindən çəkilmiş "Gecə fasiləsi" rəsm əsəri.
Luvr muzeyində saxlanmaqdadır.
-
Məhəmməd Zamanın çəkdiyi
miniatür. Arxa fondakı mənzərə Avropa rəsm təsirlərini göstərir.
-
"
Bəhram Gur Hind şahzadəsi ilə".
Məhəmməd Zaman tərəfindən 1675/1676-cı ildə çəkilmişdir