Məhəmməd bəy Hacı oğlu

Məhəmməd bəy Hacı oğlu - Orta əsrlər zamanı Naxçıvanda yaşayıb yaratmış memarlardan biri.

MƏHƏMMƏD BƏY HACI OĞLU
MƏHƏMMƏD BƏY HACI OĞLU
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Doğum yeri Naxçıvan
Vəfat tarixi XIII əsr
Vəfat yeri Ordubad

Yaşadığı dövrdə “memar” kimi tanınan Məhəmməd bəyin adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim” qəbristanlığında indiyədək qalan bir məzar kitabəsi təqdim etdiyi məlumatlar vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur. Məşhur sufi şeyxi, Ön Asiyada sufizmin banilərindən sayılan Şeyx Əbu Səid Əbul-Xeyr Xorasaninin yeddi arxa övladlarından olan sufizm ideyalarını mənimsəyən, kamilləşən eyni adlı Şeyx – Şeyx Əbu Səid Xorasanda təhsilini başa vurduqdan sonra Ordubad şəhərinə gəlmiş, orada öz xanəgahını qurmuş və ətrafına toplaşan müridləri vasitəsilə ideyalarını yaymışdır. Şeyx Əbu Səid 1357-ci ildə vəfat etmiş və Ordubad şəhərinin şərq tərəfində yerləşən indiki “Malik İbrahim” qəbristanlığının mərkəzində yerləşən xanəgahının ətrafında dəfn olunmuşdur. Şeyxin məzarı üzərində qoyulmuş başdaşı tipli qəbirüstü xatirə abidəsinin yan tərəfindəki kitabədə Hacının oğlu Məhəmməd bəyin adı həkk edilmişdir. Kitabədə o “memar” titulu ilə təqdim olunmuşdur. Kitabənin təqdim etdiyi məlumatlardan aydın olur ki, vaxtilə bu qəbir üzərində türbə inşa edilmiş, memar Məhəmməd bəy həmin türbənin banisi – memarı olmuşdur.[1][2]

  1. Səfərli H. Ordubad şəhərinin epiqrafik abidələri. Bakı: Elm, 2001, 80 s.
  2. Неймат М. Корпус эпиграфических памятников Азербайджана. Том III. Баку: ХХI–Йени няшрляр еви, 2001, 216 с.