Məhəmməd xan Gəraylı

Məhəmməd xan İshaq xan oğlu Gəraylı (1790, Türbət Heydəriyə, Rəzəvi Xorasan ostanı1850, Təbriz) —Qacar elinin Gəraylı oymağının elxanı, Xorasan hakimi.

Məhəmməd xan Gəraylı
Doğum tarixi 1790
Doğum yeri
Vəfat tarixi 1850
Vəfat yeri
Atası İshaq xan Qarayi

Məhəmməd xan İshaq xan oğlu 1790-cı ildə Zeyvə kəndində anadan olmuşdu. Atasından sonra, 1816-cı ildə Gəraylı oymağının sərdarı olmuşdu. Fətəli şah Məhəmmədvəli mirzəni Xorasandan geri çağırıb, digər oğlu Həsənəli mirzəni ora vali təyin etdi. Şahzadə Məhəmməd xanın digər bacısına evlənərək Xorasanda dayaq qazandı. Məhəmməd xan da atasının ölümünü unudub, Qacarlara yaxınlaşmağına şad oldu. 1823-cü ildə Sərdar Məhəmməd xan Gəraylı Xorasanda müstəqil xanlıq qurdu. Qacarları təhdid etməyə başladı. 1832-ci ildə Fətəli şah oğlu Abbas mirzə Qovanlı-Qacarı Xorasana vali təyin etdi. Şahzadə Azərbaycandakı oğulları da Xorasana dəvət etdi. Xosrov mirzəqoşunla atasına köməyə gəldi. Əminə Pakrəvan yazır: "Təbəs vahələri Xosrov mirzəni yaxşı qarşılamışdı. O bölgənin kiçik xanları hətta Xosrov mirzəyə qatılıb, öz hörmətlərini Abbas mirzəyə bildirmək üçün Xorasana yola düşmüşdülər. Ancaq Təbəsin yaxınlığında olan və möhkəm qalaları ilə səciyələnən Tərşiz şəhəri düşmənlik etməyə başladı. Bu şəhərin mühasirəsi və alınması iki ay sürdü. ən sonda bu nahiyənin Məhəmməd xan Gəraylı adında bir xanının Xosrov mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd xan Gəraylı özü istiqlaldan yana idi. Ancaq bəlli səbəblər üzündən 1832-ci ildə Azərbaycan ordusuna yardım etmək zorunda qalmışdı. O kiçik şəhərdə 10.000 xəlvər buğda ehtikar edilmişdi. Xosrov mirzə bu buğdanı öz əsgərləri arasında paylamaq yerinə bazarda satışa buraxıb gəlirini orduya xərclədi. Bu qədər buğdanın satışa buraxılması Tərşiz əhalisini sevindirmişdi".

Məhəmməd xan 1813–1816-cı illərdə Quryan, 1816–1832 Dövlətabad hakimi olmuşdi. Bir ara Məşhədə də başçılıq etmişdi. Tehranda iki illik həbsdən sonra Təbriz və Kərbəlada sürgündə yaşadı.

Məhəmməd xan 1850-ci ildə vəfat etdi.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.