Bu məqalə Məhəmməd xan Zəngənə haqqındadır. Zəngənənin digər istifadələri üçün Zəngənə səhifəsinə baxın. |
Məhəmməd xan Əmir Nizam Zəngənə (ö.1841) — Hacı Əli xan Zəngənə oğlu, Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin müşiri olmuşdur.Aleksandr Qriboyedovun qətlindən sonra, 1829-cu ildə Məhəmməd xan Zəngənə, Abbas mirzənin oğlu şahzadə Xosrov mirzə Qovanlı-Qacarla üzrxahlıq üçün Sankt-Peterburqa getmişdi.
Məhəmməd xan Zəngənə | |
---|---|
fars. محمدخان امیر نظام زنگنه | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Kirmanşah, İran |
Vəfat tarixi | |
Vəfat yeri | İran |
Fəaliyyəti | diplomat |
Atası | Hac Əli xan Zəngənə |
Uşağı | Əhməd xan |
Tiflisdəki "Diplomatik dəftərxana" da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmməd xan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir.
Nadir mirzə öz nüsxəsində yazır: "… Əmir- nizam Məhəmməd xan ölümündən 1 il qabaq Urmiyadan gəlirmis. Acı çay körpüsündən keçərkən, Təbriz qadınlarından bir neçəsi ona yaxınlaşaraq çörək qıtlığından ona şikayət edib, balaları aclıq çəkdiklərini bildirir və ağlayırlar. Təbriz qadınlarının göz yaşları Məhəmməd xana çox ağır təsir edir və deyir: " Mənə sabahadək möhlət verin" Sabahı, onun göstərişi ilə həmin ərazinin başçıları və hərbi mənsəb sahibləri çörəkçilərin hamısını tutdular. Çörəyi gizlədib narazılıq yaradan və möhtəkirlik edən o zümrənin hamisı tənbeh olundu. "Uzun saqqallıq edənlərin" çubuq cəzasından sonra hamısının saqqalı qırxıldı. Hətta , bəzilərinin qulağını kəsdilər. Möhtəkirlik edən bütün çörəkçiləri 100–30 tumən arası cərimə etdilər. Çörək bollasdi.
Əmir — nizam Məhəmməd xanın vəfatindan sonra onun vəsiyyətnaməsi zahir oldu. İmamcümə Mirzə Fəzləli tərəfindən oxunan vəsiyyətnamədə çörəkçilərdən alınan cərimə pullarinin sandıqdakı kisədə olduqu göstərilir və həmin pulların çörəkçilərə qaytarılması istənilirdi. Vəsiyyətnaməyə əsasən pullar son tümənədək çörəkçilərə qaytarıldı. Bu o zaman idi ki, Azərbaycanda Qəhrəman mirzə hakim idi və hec kimin artıq nəfəs çəkməyə qüdrəti yox idi.."[1]
Məhəmməd xanın Əhməd xan adlı oğlu vardı.