Məhəmmədtağı mirzə Qovanlı-Qacar

Məhəmmədtağı mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1789-1853)—şair, Fətəli şah Qacarın oğlu, vali, Qacar şahzadəsi.

MƏHƏMMƏDTAĞI MİRZƏ QOVANLI-QACAR
Məhəmmədtağı mirzə Fətəli şah oğlu Qovanlı-Qacar
Digər adı Məhəmmədtağı mirzə Hüsaməddövlə
Doğum tarixi
Doğum yeri Tehran şəhəri
Vəfat tarixi
Vəfat yeri Tehran şəhəri

Məhəmmədtağı mirzə Fətəli şah oğlu 1789-cu ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Hüsaməddövlə ləqəbini daşıyırdı. O, 1826-cı ildən 1829-cu ilədək Kerman əyalətinin, 1831-ci ildən 1834-cü ilədək Borucird vilayətinin valisi olmuşdu. 1834-cü ildə tutulub Təbrizə gətirilmişdi. Ordan Ərdəbil zindanına göndərilmişdi. 1848-ci ilədək zindanda qalmışdı.

Məhəmmədtağı mirzə Qovanlı-Qacar şair idi. Şövkət təxəllüsü ilə fars dilində şeirlər yazırdı.

Fətəli şah öx xanımı Ağabəyim ağa (Ağabacı) nın xətrinə onun bacısı qizi Mahçəbəyim ağa Hüseynqulu xan qızı Xoylunu oğlu Məhəmmədtağı mirzəyə aldı. O Hacı İbrahim Şirazinin, Əhməd xəlifə Sultaninin qızları və bir türkmən qızı ilə də evlənmişdi. Əbülfət mirzə, Övrəngzeyb mirzə, Əmir Teymur mirzə, Əbülhəsən mirzə, Həbibulla mirzə, Əlimurad mirzə adlı oğulları, Cahansultan xanım adlı qızı vardı.

  • Abolfath Mirza
  • Shoja ol-Molk Mirza
  • Aurangzeb Mirza
  • Abusaid Mirza
  • Tahmoures Mirza
  • Amir Teymur Mirza
  • Mohammad Safi Mirza
  • Alamgir Mirza
  • Jalal od-Din Mirza
  • Sanjar Mirza
  • Darab Mirza
  • Amir Sheikh Mirza
  • Eshaq Mirza
  • Kamran Mirza
  • Amir Hossein Mirza
  • Haidar Mirza


  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.