Bu məqaləni vikiləşdirmək lazımdır. |
1924-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub[1]. Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Məhər Quliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bozalqanlı, Tovuz |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
1941-1945 Böyük Vətən Müharibəsinin iştirakçısı olub. İlk pedaqoji fəaliyyətinə Xatınlı kənd 7 illik orta məktəbində başlayıb. Daha sonra A.S.Puşkin, Y.Sadıqov və N.Tusi adına orta məktəbdə ixtisası üzrə dərs deyib. Fəaliyyəti dövründə Tovuz rayonunda kimya olimpiyadaları təşkil edərək gəncləri elmə cəlb edib.
Azərbaycan SSR üzrə "respublika kimya olimpiyadası"nın Y.Sadıqov adına orta məktəbdə keçirilməsinə nail olub. Həmin dövrdə ən böyük və zəngin kimya laboratoriyasını yaradıb. (İndi həmin laboratoriyadan əsər-əlamət qalmayıb.) Yetirmələri ən yüksək vəzifələrdə çalışır.
SSRİ Maarif əlaçısı, metodist müəllim, Qabaqcıl maaarif xadimi,Böyük Vətən Müharibəsi Veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi fəxri adlarına və prezident təqaüdünə layiq görülüb.
2011-ci il 6 fevral tarixində 87 yaşında vəfat edib. Dünyaya göz açdığı Tovuz rayon Bozalqanlı kəndində- kənd qəbristanlığında dəfn olunub. Hələ sağlığında onun əməyi dövlət tərəfindən qiymətləndirilib.
Təxminən 2005-2006-cı illərdə Y.Sadıqov adına orta məktəbdə təhsilində fərqlənən əlaçı gənclərə "Məhər Quliyev adına mükafat" verilib.