Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır.
ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır.
ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın.[1]
"Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir.[2] Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.[3]