Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi.[1] Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi.[2]
Məhvi | |
---|---|
Doğum tarixi | 1830 |
Vəfat tarixi | 1906 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, şair |