Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır.[1]
ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir.
ATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir.
Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları»nda məişət tullantılarının idarə olunması istiqamətləri, habelə idarə olunmaya cavabdeh qurumlar müəyyən edilmişdir. Belə ki, tullantıların toplanması, yığılması və daşınmasına şəhər və rayon İcra Hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı birlikləri, qəsəbə üzrə nümayəndəlikləri, həmçinin ərazi bələdiyyələri institusional cavabdeh təşkilatlardır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli Sərəncamına əsasən şəhər ərazisində əmələ gələn məişət tullantılarının yığılması və daşınması Bakı şəhər İcra Hakimiyyətinin, qəbulu və zərərsizlədirilməsi isə “Təmiz şəhər” ASC-nin səlahiyyətlərindədir.
Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Sabunçu rayonunda Balaxanı məişət tullantıları poliqonu 2009-cu ildə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib. Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparılıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunda tullantıların beynəlxalq standartlara uyğun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Poliqona gətirilən bərk məişət tullantıları beynəlxalq sanitar normalara uyğun olaraq, xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi süzgəclər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur.
Respublikanın regionlarında məişət tullantıları poliqonları müvafiq norma və standartlara cavab vermir. Belə ki, ərazilər perimetri boyu hasarlanmır, ətraf mühitdən təcrid olunmur, nəzarət və mühafizə səthi xarakter daşıyır, tullantıların uçot və hesabatı demək olar ki, aparılmır və s. Tullantıların ətraf mühitdən təcrid olunmaması səbəbindən əsən küləklər zamanı bəzi tullantıların (məsələn, polietilen torbalar və s.) sovrularaq ətraf torpaq sahələrinə, dəniz və göllərə, çaylara düşməsi halları baş verir ki, bu da qeyd olunan ərazilərin davamlı olaraq çirklənməsinə gətirib çıxarır. Bu cür hal daha çox dəniz sahili və sahilyanı ərazilərdə müşahidə olunur.
Məişət tullantılarının yerlərdə uçot və hesabatının aparılmasında da problemlər az deyil. Əsasən də regionlarda bu problem daha qabarıqdır və əksər hallarda məlumatlar dəqiqlikdən uzaqdır. Əvvəl qeyd olunduğu kimi, bəzi regionlarda, əsasən də kənd yerlərində tullantıların müvəqqəti yığım və uçot sistemlərinin olmaması tullantıların uçotunun aparılmasında çətinliklər yaradır.